Təvazökarlıq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Təvazökarlıq
 
 » Din » Əxlaq » Təvazökarlıq

     
 
Din » Əxlaq: Təvazökarlıq
 
 
Müəllif: Abdullah | 13 Noyabr 2009 | 13365 dəfə oxunub
http://zeka.az/157-t601vaz246karl305q.html

alt

Təvazökarlıq

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlarla gözəl, yumşaq danışarlar” (Furqan surəsi, ayə 63).

İnsanın yaşadığı cəmiyyətdə gözəl əxlaqa sahib olmasından sonra riayət etməsi zəruri olan xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Mütəal Allah əməli-saleh insanların xüsusiyyətlərini sadalayarkən təvazökarlığı ən mühüm xüsusiyyətlərdən biri kimi göstərir. Göründüyü kimi ayədə göstərilən təvazökarlıq hər bir insanın yol getdiyi zaman özündən büruzə verdiyi ən başlıca xüsusiyyətdir. Çünki insan yol gedərkən özündən asılı olmayaraq batini xüsusiyyətlərini nümayiş etdirir. Ona görə də hər bir insanı (təvazökar və təkəbbürlü) onun rəftarından, yol getməyindən və ya oturub-durmasından tanımaq olar. Allahın peyğəmbəri (s) bir gün belə buyurdu: “Nə üçün sizdə ibadətin şirinliyini görmürəm? Dedilər: İbadətin şirinliyi nədir? Həzrət buyurdu: Təvazökarlıq” (“Tənbihul-xəvatir” c 1, səh 201). İnsan təvazökar olmadıqda kamilliyə doğru pərvaz edə bilmir və dünyaya olan bağlılıq həmin şəxsdə daha da artaraq İlahi məhəbbətə yetişməyə mane olur. Biz adətən, işlərimizi dünya mehvərində qururuq və ən böyük hünərimiz bu ola bilər ki, öz istəklərimizə şəri (dini qayda-qanunların) yolu ilə çataq. İşimizi tamamladıqdan sonra yenə dünya söhbəti qızışır. Əgər insanın qəlbində dünya məhəbbətinin yerini Allah məhəbbəti tutarsa, o zaman insan bütün işlərini İlahi məhəbbət əsasında qurmuş olar. Əlbəttə ki, insan təvazökar olmayana qədər Allaha yetişə bilməz. Əks halda təkəbbür əhlinə çevrilib İlahi məhəbbət və mərhəmətdən uzaqlaşaraq ömrünü başa vuracaq. İmam Əli (ə) buyurur: “Allahın əzəmətini tanıyan şəxsə özünü böyük hesab etmək yaraşmaz. Çünki Allahın əzəmətini tanıyan şəxslərin ucalığı - Onun qarşısında təvazökar olmalarıdır ” (Nəhcul-Bəlağə, xütbə 147).

Əgər biz insanlar Aləmə nəzər edib, bütün varlıqların (istər heyvanların, istərsə də insanların) Allahdan ruzi almasını görürüksə, niyə də təvazökar olmamalıyıq?! Hansı ki, dünyada Allahın əmrlərindən boyun qaçıran, Allahın haramını özünə halal edən və bir gün Allaha hesab verəcəyini ağlına belə gətirməyən insanlar heç də az deyil. Amma buna baxmayaraq Mütəal Allah onların bir gün belə ruzilərini kəsmir. Allahı dərk edən, Allahla qarşılaşacağına imanı olan hər bir insan Allah qarşısında Onun rizasını qazanmaq üçün özünü kiçildib təvazökar olmayınca ruhunu yüksəldə bilməz. Əli (ə) Muhəmməd ibn Hənəfiyyəyə vəsiyyətində buyurdu: “Sənə yaxşılıq edilməsini sevdiyin kimi bütün insanlara yaxşılıq et! Özünə rəva bildiyini onlar üçün də rəva bil, özünə bəyənmədiyini onlara da məsləhət bilmə. İnsanlarla gözəl əxlaq və təvazökarlıqla rəftar elə ki, onlardan uzaq düşdükdə qeydinə qalsınlar, vəfat edəndə sənə ağlasınlar və “Biz Allahdan gəlmişik və ona tərəf qayıdacağıq” desinlər. Elə olma ki, öləndə camaat “Əlhəmdulillahi Rəbbil-aləmin” desinlər. Bil ki, əqlin ən uca mərtəbəsi Allaha iman gətirdikdən sonra camaatla yaxşı dolanmaqdır” (Vəsailuş-şiə, səh. 227 hədis 2).

Aşiq üçün ən böyük ləzzət odur ki, məhbubu ondan razı olsun. Adi dünyəvi məhəbbətlər də belədir, birinə aşiq olan insan daim onun razılığının ardınca gəzir. Bəli, xalis bəndələrin xüsusiyyətlərindən biri budur ki, daim Allahın razılığı haqqında düşünür və bu yolda çalışırlar. Allahın onlara qarşı məhəbbət və razılığının azalması qəlblərini pərişan edir. Onlar üçün ən ağır hal budur. Ona görə də Allahın razılığını qazanmaq üçün daim səy göstərir, bütün əzab-əziyyətlərə dözüb, omürlərini təvazökarlıqla başa vururlar.

Pərvərdigara! Olacağına şübhə edilməyən bir gündə (Qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah öz vədəsindən əsla dönməz!

(Ali İmran ayə 9)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.