Şihabəddin Suhrəvərdi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Şihabəddin Suhrəvərdi
 
 » Elm və mədəniyyət » Dahilər » Şihabəddin Suhrəvərdi

     
 
Elm və mədəniyyət » Dahilər: Şihabəddin Suhrəvərdi
 
 
Müəllif: Zaur | 14 Noyabr 2009 | 12642 dəfə oxunub
http://zeka.az/158-350ihab601ddin-suhr601v601rdi.html

alt

Şihabəddin Əbül-futuh Yəhya ibn Həbəş ibn Əmirək Suhrəvərdi daha çox Şeyxul-İşraq və Şeyxul-Məqtul ləqəbləri ilə tanınmışdır. Suhrəvərdi – Azərbaycan müsəlman filosofu “Şərq İşıqları” məktəbinin banisi olmuşdur. Əl-İşraq – Şərq işıqları Suhrəvərdinin mistik (irfani) - fəlsəfi nəzəriyyəsidir. Elə buradan da onun “Şərq işıqlarının şeyxi” adı əmələ gəlmişdir. İşraq -  ifadə olaraq işığın açılması və Günəşin doğması deməkdir. Suhrəvərdi 1154-cü ildə (hicrətin 549-cu ilində) Azərbaycanın qədim Zəncan vilayətinin Suhrəvərd qəsəbəsində anadam olmuşdur. O dövrdə Suhrəvərdi özünün təbiiliyi ilə bərabər mədəni səviyyəsi ilə də məşhur idi.

İlk təhsilini Marağada almış, Məcdəddin Cilidən fəlsəfi elmləri və müsəlman hüququnun əsaslarını öyrənmişdir. Sonra o, İsfana gedib peripatetik filosof Zahirəddin Farsinin yanında təhsilini artırmışdır. Şihabəddin Suhrəvərdi Yaxın və Orta Şərqin bir sıra ölkələrini gəzmiş, Diyarbəkr, Konya və s. şəhərlərdə yaşamışdır. Müxtəlif mənbələrin rəvayətlərinə görə son dərəcə zəkalı olan Suhrəvərdi məzhəbcə Şafei idi, fiqh və hədisləri yaxşı bilirdi. Öz fikirlərini sərbəst deməkdən çəkinməzdi.

İlk mənbələr Şihabəddin Suhrəvərdinin sufilərlə əlaqəsinə də diqqəti yönəldir. Filosofun sufilərlə dostlaşdığını, onlardan təsirləndiyini qeyd edən Şəmsəddin Şəhrəzuri öz müəllimini sufizmdə Əbu Yəzid Bistami və Hüseyn ibn Mənsur ilə həmməslək saymış, onun ifrat sufilərə məxsus hallar keçirdiyini söyləmişdir.

İşraqilikdə yeganə müstəqil varlıq işıqdır. Qaranlıq işığın yoxluğudur, yəni işıq olmayan yerdən qaranlıq özünü göstərir. Bununla belə, Suhrəvərdinin fikrincə, qaranlıq tərkib aksident işıqla təmas edərək onunla çulğalaşmış olur. Həmin tərkib işığın sayəsində varlığa çevrilir, cisim şəklində meydana çıxır. Ş. Suhrəvərdi bunu işraqilik fəlsəfəsi mövqeyindən “kəsif substansiya” adlandırmışdır. Şihabəddin Suhrəvərdinin maddi varlıqları, cisimləri işıqların qəbulediciləri, heykəlləri adlandırması təbiətə, orada baş verən hadisələrə müəyyən marağın nəticəsi idi. Aksident və mücərrət işıqları araştırmaqdan qabaq işığın vaqe olduğu obyektləri, cisimləri tədqiq etmək lazım gəlir. Onun fikrincə görünmə elə yerdə mümkündür ki, ora işıqlandırılmışdır. Baxanın ruhu işıqlandırılmış obyekti əhatə edirsə sonrakı nurlanma (işraq) qəlbi (nəfs) İşıqlar işığından, Ali işıq (nur əl-ənvar) özü görünməzdir.

O, 579-cu ildə (1183) Suriyaya gedib ömrünün son illərini orada yaşamışdır. Hələb hakimi Məlik Zahirinin himayədarlıq göstərməsinə baxmayaraq, Şihabəddin Suhrəvərdi Misir, Yəmən və Suriyanın hökmüdarı Səlahəddin Əyyubinin əmri ilə 587-ci ilin ikinci yarısında (1191) 37 yaşında öz əqidəsi üstündə öldürülmüşdür.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 14
Robot: 1
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.