Ən şirin nemət və tələbat amili » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ən şirin nemət və tələbat amili
 
 » Sağlamlıq » Psixologiya » Ən şirin nemət və tələbat amili

     
 
Sağlamlıq » Psixologiya: Ən şirin nemət və tələbat amili
 
 
Müəllif: Zaur | 15 Noyabr 2009 | 12737 dəfə oxunub
http://zeka.az/159-399n-351irin-nem601t-v601-t601l601bat-amili.html

alt

Yuxusuzluğa qarşı mübarizə apar

Yatmaq. Dünyanın ən şirin nemətlərindən biri. Orduda xidmət edən əsgərlərə sual verəndə ki, evə buraxılanda ilk növbədə nə edəcəksən? Əksər hallarda cavablar eynidir: “doyunca yatacağam”. Bəli, yatmaq bütün insanların ən zəruri və ən şirin tələbatıdır. Lakin günlərin bir günü bu şirin nemət insanların başına elə oyunlar açır ki, nəinki o öz şirinliyini itirir, hətta acılığını həzm etmək olmur. Yəni yuxusuzluq adlı sadə bəlaya çevrilir.

Yuxusuzluq nədir? Ruhi xəstəliyə aparan ən asan və ən qısa yol. İnsanın gündəlik fəaliyyətinə ən güclü zərbə, əsəb sistemini zəiflədib pozan, insanın əhval-ruhiyyəsini gərginləşdirib “gic insan” formasına salan primitiv reallıq. Bütün bunlar məhz, yuxusuzluqdan doğur. Bəs, yuxusuzluğu nə yaradır?

Cavab sadədir. Yatmayan insanın beyni, psixikası, ümumi əsəb sistemi lazım olan həyati əhəmiyyətli zəruri istirahəti etmir. Nəticədə, bu cür hal normal və sağlam insan yaşayışını, fəaliyyətini pozur. Bunun mənfi nəticələri uzun müddətli və sarsıdıcı ola bilər. Ən əsası isə psixi xəstəliklərin özünü göstərməsinə real şərait yaranır. Psixi xəstəliklər çox çətin müalicə olunan və əzab verəndir. Bəzən isə heç müalicə olunmur.

Yuxusuzluq birdən-birə yaranmır. O da yavaş-yavaş formalaşır. Deməli, yuxusuzluq kimi bəladan qurtulmaq üçün həmişə düzgün, sağlam yatmaq qaydalarına və əsəb sistemini qorumağa xidmət edən yaşamaq prinsiplərinə riayət etmək lazımdır indi isə sizə yuxusuzluğa qarşı mübarizə aparmaq üçün müəyyən məsləhətlər və tövsiyyələr sistemini təqdim edirik.

Nə etməli?

Əgər yata bilmirsinizsə, yataqda vurnuxmaya dəyməz. Əgər yataqda vurnuxmağınız bir saata yaxındırsa, durmağınız məcburi sayıla bilər. Yataqdan qalxaraq müəyyən bir vaxt keçirin, havaya çıxın, yeriyin və sairə.

“Mənəvi yorğunluqla”, “yatmaq istəyini” səhv salmaq olmaz. Siz özünüz də şahidi olmusunuz ki, yorğun olsanız da yata bilmirsiniz. Bu o deməkdir ki, siz  yorğunsunuz, lakin bu, yatmaq istəyi deyildir. Orqanizm yatmağı yox,mənəvi istirahəti, sakitləşməyi tələb edir. Ona görə də, mənəvi yorğunluqla fiziki yorğunluğu səhv salmaq olmaz. Yatmaq istəyi əksər hallarda daha çox fiziki yorğunluqda real olur.

Yatmağa 3-4 saat qalmış tünd çay və kofe içmək olmaz. Bu, bir müddət keçdikdən sonra psixikanı, əsəb sistemini o səviyyədə aktivləşdirə bilər ki, hətta yatmaq da qeyri-mümkün olur.

Fiziki iş yorğunluğu yaradan, yatmağa kömək edən prosesdir. Lakin axşam saat altıdan sonrakı ağır fiziki iş, güclü idman məşqləri yatmağa mane olur.

Əksər hallarda, yalnız yatmağa tələbat hiss edəndə yatağa girin. Özünüzü yatmağa məcbur etməyin. Gecələr pis yatırsınızsa, gündüz yatmağı təxirə salın.

Yatmağla bağlı müəyyən vaxt və şərait vərdişləri yaradın. Məsələn, eyni vaxtda yatmağa və eyni vaxtda durmağa vərdiş edin.

Yatmazdan əvvəl kiçik gəzintilərə çıxmaq məqsədə uyğun sayılır. Özü də bu gəzinti təmiz havada, parkda və geniş yerlərdə olsa daha yaxşı. Bu, ümumi orqanizmin sağlamlığı üçün də vacibdir.

Yatmağa mane olan amillərdən biri də yatağın yanındakı saat ola bilər. Siz yata bilmirsiniz və tez-tez saata baxırsınız. Uzun müddət yata bilmədiyiniz saatda təsdiq olunduğu üçün bu sizi daha da narahat edir, yeni yuxusuzluq sindromları yaradır. Belə olan halda saatı ya otaqdan çıxarın, yaxud da gözəgörünməyən yerdə qoyun.

Ac yatmayın, çoxda yeyib yatmayın, çünki zərərlidir. Yatmağa 3-4 saat qalmış yemək daha məqsədəuyğundur.

Yuxusuzluğun bir nömrəli yaradıcısı psixoloji problemlər və əsəbləşməkdir. Yuxusuzluq nəticəsində, getdikcə bu proses dərinləşir, əsəb sisteminin kobud pozğunluqlarına şərait yaranır. Ona görə də, yatmağa yaxın əsəbiləşmək, əhvalı pozmaq qəti qadağandır.

Yataqda olarkən pis hadisələr və pis fikirlər haqqında düşünməyin. Yalnız sizi sakitləşdirən, tezliklə sizə yuxuya getməyə şərait yaradan hadisələr, fikirlər və xəyallar haqqında düşünün.

Məlumatdan istifadə etdikdə istinad zəruridir





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 9)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.