Psixoloqiya » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Psixoloqiya
 
 » Sağlamlıq » Psixologiya » Psixoloqiya

     
 
Sağlamlıq » Psixologiya: Psixoloqiya
 
 
Müəllif: Admin | 18 İyul 2009 | 13697 dəfə oxunub
http://zeka.az/16-psixoloqiya.html

Əziz oxucu, gəlin azca səmimi söhbət edək. Bilirəm deyəcəksən ki, biz necə səmimi söhbət edə bilərik, axı siz məni tanımırsınız, mən də sizinlə görüşməmişəm, bəs onda bizim aramızda necə söhbət ola bilər? Sizinlə razıyıq, onda gəlin xəyalən bir-birimizə sual verək və ona bir-birimizin əvəzində cavab verək. İlk sualı elə biz vermək istərdik: yaxın dostlarınızı, qohumlarını yaxşı tanıyırsanmı? Cavab verməyə tələsmə, bilirəm deyəcəksən ki, necə yəni tanımıram? Əlbəttə, tanıyıram. Onda bir sual da verək. Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Deyəsən belə hallarla az raslaşmamısan? Onda deməli belə çıxır ki, yaxşı tanıdığın adamlar da birdən tanınmaz olur.

Deyəsən nə olsun ki, bu adi haldı və hər kəsin başına gələ bilər, o cümlədən də mənim! Elə bizə də bu etiraf lazımdır. Yəni, deməli, bizim hər birimizin ilk nəzərdə yaxından tanıdığımız, ona yaxından bələd olduğumuz bu və ya digər şəxs müəyyən hallarda (məsələn: əlinə yaxşı pul keçir, yaxud müəyyən vəzifə sahibi olur, lazımı yerlərə yaxşı əlaqə yarada bilir və sair ....) tanınmaz olur, tamamilə başqalaşır. Bır bunun səbəbi üzərində düşünmüsənmi? Yaxud, həmin şəxsdən belə-bir dəyişikliyi gözləyirdinmi? Əgər gözləyirdinsə bu nə ilə əlaqədardır və ya gözləmirdinsə, bəs bunu necə izah etmək olar? Gəl, hələ həmin suallara cavab verməyə tələsməyək, çünki onlarla bağlı başqa suallar da meydana çıxacaq.

Bəs özünə necə kifayət qədər yaxşı bələdsənmi? Burada bilirəm, deyəcəksən artıq biz ağ elədik! “Necə yəni özümü tanımıram?” Yaxşı, gəl əsəbləşmə, özünlə bağlı ikicə “kiçik” sual verək: əvvəla elə anlar olurmu ki, heç özünün də nə istədiyini bilmirsən? Yaxud, “adi bir məsələni” həll etməkdə aciz qalırsan, bilmirsın nə edəsən, nədən başlayasan? Deyəsən, öz aramızdı belə anlar olur. Ikincisi, özün öz zəkasını (intellektini), xarakterini, qabiliyətlərini, digər keyfiyyətlərini dəqiq surətdə təyin edə bilirsənmi?

Etiraf edək ki, burada bir az məsələ qəlizləşdi. Bilirik yaxşı halda deyəcəksən ki, mən onu təyin edə bilərəm, o sahədə mütəxəssis deyiləm ki! Yox, onun üçün mütəxəsis olmaq lazım deyil, sadəcə olaraq bir elm sahəsi var ki, ona yaxından bələd olsan nəinki yaxın adamları, dost və tanışları, ətrafdakı insanları yaxşı tanıya bilərsən, onların xasiyyətinə, mənəvi aləminə yaxından bələd olarsan. Hələ bu harasıdır, ən başlıcası sən özünü yaxşı tanıyıarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan, həm də onları tənzim və idarə etməyi lazımı istiqamətdə inkişaf etdirməyin yollarını öyrənərsən. Bu hələ harasıdır? Həmin elmə kifayət qədər bələd olsaq nəinki öz dostlarımızı, yaxın adamlarımızı, münasibətdə olduğumuz şəxsləri, hətta başqa etnosları, yəni başqa xalqları və millətləri də yaxşı tanımış olarıq.

Bu elm məhz Psixologiyadır. Həmin elmə müasir səviyyədə bələd olsaq öz işlərimizi münasibətlər sistemimizi daha optimal surətdə qura bilərik.

Lakin təəssüf ki, bizim belə bir möcüzəli elm sahəsinə bələdliyimiz çox aşağı səviyyədədir. Adicə bir misal gətirək. televiziyada müxtəlif ölkələrə məxsus tele-serial kinolar göstərilir, orada insanın halətində və ya şəxsiyyətlər arası münasibətlərdə bir anlaşılmazlıq və ya dolaşıqlıq nəzərə çarpan kimi, hətta mətbəx qadını belə ilk növbədə soruşur: psixoloqa müraciət etmisinizmi? Bəs bizdə necə, nəinki mətbəx qadını, hətta aidiyyəti olan nazirlik və ya idarə səviyyəsində hər hansı mürəkkəb psixoloji məsələnin həllində belə psixoloqa müraciət etmək və ya ondan məsləhət almaq heç kəsin yadına düşmür. Bunu isə elmin lazımsızlğı ilə deyil, həmin şəxslərin, yüngül desək, səriştəsizliyi ilə izah etmək olar. Məsələn, elə götürək təbliğat işini. Təbliğatı təşkil edənlər insan psixologiyasından cüzi də olsa baş çıxarsalar onda  eyni bir informasiyanı dönə-dönə təkrar etməzlər, çünki bu insanlarda “bumeraq effekt” (əks təsir) yarada bilər. Bu sahədə lazımi səmərə əldə etmək üçün adekvat psixoloji forma taparlar. Elə idarəetmə işi də onun kimi. Bəziləri burada təzyiq və qorxutmanı əsas götürürlər. Halbuki bu da əks effekt verir. Hamınızın çox raslaşdığı bir sahəni də xatırlatmaq yəni həkim- xəstə münasibətini yada salmaq da yerinə düşərdi. Etiraf etmək lazımdır ki, bir çox həkimlərimizin psixoloji səriştəsizliyi- nə qədər müasir dərmanlardan istifadə etsələr də, xəstələrimiz üçün acınacaqlı nəticə verir. Yüzlərlə belə misallar saymaq olar. Elə buna görə də inkişaf etmiş ölkələrdə psixologiya elminin mövqeyi tamamilə bizimkindən seçilir. Təsadüfi deyildir ki, bir çox ölkələrdə hər bir ailənin öz psixoloqu var. Xüsusən də, rəhbərlik və idarəetmə işlərində müxtəlif çətinliklərlə bağlı sarsıntı və stress halları keçirən adamlara psixoloji yardım göstərmək üçün həmin elmin nəailiyyətlərindən və mütəxəssis psixoloqların məsləhətlərindən geniş miqyasda istifadə edilir.

  Deməli, insanın psixoloji xüsusiyyətlərinə yaxından bələd olmaq, fəaliyyət və ünsiyyət prosesində onu düzgün nəzərə almaq nəinki  müasir mütəxəssis-mühəndis, həkim, jurnalist, hüquqşünas, zabit, rəhbərlik və idarəetmə sahəsinin işçiləri, xüsusən də müəllim və tərbiyəçilər üçün vacib olduğu kimi, insanla münasibətdə olan hər bir şəxs üçün də eyni dərəcədə zəruridir.   

Nəzərə almaq lazımdır ki, psixoloji bilik yalnız insanları tanımaq, onlara təsir etmək yollarını müəyyənləşdirmək, insanlar arasında qarşılıqlı münasibətləri tənzim etməklə məhdudlaşmır. Bu həm də insanların potensial imkanlarından səmərəli istifadə etmək, onun idrak fəallığını, ümumən fəaliyyətini optimallaşdırmaq kimi vacib problemi də əhatə edir. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.