Bənzərsiz mükafat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bənzərsiz mükafat
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bənzərsiz mükafat

     
   
 
Müəllif: Zaur | 16 Noyabr 2009 | 12311 dəfə oxunub
http://zeka.az/162-b601nz601rsiz-m252kafat.html

alt

Bənzərsiz mükafat

Dünya şöhrətli saat firmalarından biri vaxtilə yeni modelə məxsus yalnız bir nüsxə saat istehsal etmişdi. Firma öz nadir məhsuluna 100 milyon dollar qiymət qoyaraq onu bu cür reklam etmişdi: “Bu nadir saatı qoluna taxacaq şəxs ondan başqa heç kəsdə belə bir saat olmadığını düşünərək hədsiz sevinəcək. Həqiqətən, bir saatın yalnız sizə məxsus olduğunu bilmək xoş deyilmi?”

Bir qədər dərin düşünsək, Allah-Taalanın hər birimizə bu cür nadir və bənzərsiz mükafat verdiyinin şahidi olarıq. Bəli, bəşəriyyətin hər fərdində elə bir xüsusiyyət vardır ki, ondan başqa heç kimdə eynilə bu xüsusiyyət yoxdur. Bu xüsusiyyət hər birimiz üçün İlahi mükafatdır.

Həmin mükafatın nədən ibarət olduğunu bilmək üçün ovcunuzun içini açın və barmaqlarınızın ucuna baxın. İnsanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Həzrət Adəmdən (ə) başlayaraq indiyə kimi gəlib-getmiş, habelə bundan sonra yaşayacaq bütün insanların barmaq izləri müxtəlifdir.

İnsanın bu xüsusiyyəti yalnız ötən əsrdə Qərb alimləri tərəfindən kəşf olunuraq həyatda öz tətbiqini tapmışdır. Yüz ildən artıqdır ki, bəzi inkişaf etmiş ölkələrdə hər insanı şəxsiyyətini təsdiq etmək üçün nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izləri əsasında tanıma metodu tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edilir.

Əsası isə budur ki, elm tərəfindən XIX əsrdə kəşf olunmuş bu nailiyyət vaxtilə Qurani-Kərimdə elan olunmuşdu. “Qiyamət” surəsinin 3-4-cü ayələrində buyurulur: “Məgər elə insan güman edir ki, Qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi yenidən yaratmağa qadirik”.

Ayədən göründüyü kimi insanın xilqətinin ən çətin mərhələsi kimi barmaqlarının ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edilməsi xatırlanır. Heç bir elm buna qadir deyildir, bu yalnız uca Yaradana müyəssər olan bir qüdrətin əlamətidir.

                       

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.