Məzhəbçilik hissi coğrafi, iqtisadi, siyasi və s. törəməsi deyil » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Məzhəbçilik hissi coğrafi, iqtisadi, siyasi və s. törəməsi deyil
 
 » Din » Əqidə » Məzhəbçilik hissi coğrafi, iqtisadi, siyasi və s. törəməsi deyil

     
 
Din » Əqidə: Məzhəbçilik hissi coğrafi, iqtisadi, siyasi və s. törəməsi deyil
 
 
Müəllif: Zaur | 19 Noyabr 2009 | 12663 dəfə oxunub
http://zeka.az/168-m601zh601b231ilik-hissi-co287rafi-iqtisadi-siyasi.html

alt

 

Məzhəbçilik hissi coğrafi, iqtisadi, siyasi və digər amillərin törəməsi deyil

Diqqət etsək görərik ki, Allahpərəstlik hissi dünyanın bütün nöqtələrində, bütün dövr, zaman və əsrlərdə mövcud olmuşdur. Bununla da nəticə alırıq ki, bu hiss batini bir səsdir və onun hərəkətvericisi fitrətdir, başqası deyil. Əgər coğrafi şərait və ya başqa amilin təsiri nəticəsində törəmiş olsa idi, gərək  siyasi-iqtisadi vəziyyətinə görə vəhdət təşkil edən insanlarda olub, dünyanın digər hissəsində və siyasi-iqtisadi şəraiti vəhdət təşkil etməyən insanlarda olmayaydı. Halbuki, biz tam bir şəkildə bunun əksini müşahidə edirik, yəni millətlərin coğrafi, siyasi-iqtisadi şəraitində kəskin təfavüt (ayrıntılar) nəzərə çarpdığı halda bu hiss bütün millətlərdə mövcuddur.

“Fitri olmaq” üçün onun həmişə diqqət mərkəzində olması lazım deyil. İnsanın var dövlətə, məqama, dünyanın ləzzətlərinə sonsuz meyli batindən sərçeşmə alan bütün fitri hisslərini və əxlaqi fəzilətlərini unutdura bilər. Çox maraqlıdır ki, ixtiraçılıq, təbiətin gizli sirlərini kəşf etmək insanın fitrəti ilə bağlı məsələlərdən biridir. Hər bir fərdin elmi araşdırmalara və tədqiqatlara fitri bağlılığı vardır. Təbii olaraq bu instinkt (qərizə) bütün mühitlərdə çiçəklənmir və onun fəaliyyəti bütün şəraitlərdə eyni deyil, yəni elmi mühit və münasib şəraitlərdə, həmfikir dostlarının yanında öz-özlüyündə vəzifəsini icra edir; lakin münasib olmayan şəraitdə elə susur ki, sanki heç yoxdur.

Allahı axtarma hissi də elə bunun kimidir. Çox zaman maddiyata hədsiz qapılmaq, ləzzət və şəhvətlərdə qərq olmaq insanın bu batini səsdən qafil olmasına səbəb olur. Nəfsani meyllərin tərəzisi çox ağır olub bütün ruhu bürüyərsə, artıq mənəvi hisslərin özünü büruzə verməsi üçün macal olmaz.

Bəli, çətinlik və müsibətlər qafil insana ağır maddiyyat yuxusundan oyadan təkanverici amillərdir ki, qəflət pərdəsini qəlb səhifəsi üzərindən qaldırır və qəlbin mühitini Allaha diqqət və fitrətin təcəlli etməsi (özünü büruzə verməsi) üçün hazırlayırlar. Qafil insanlar bəla və müsibət zamanı, ağır dərdlər hücum etdikdə istər-istəməz Allahı yada salıb, səmimi şəkildə ona üz tuturlar.

Ləzzətlərə qapılmış qafil insan, eynilə başı oyuna qarışıb, bütün varlığına hakim kəsilən oyunun ləzzətindən mehriban ata-anasını unudan, lakin çətinliyə düşdüyü an onlardan kömək uman uşaq kimidir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.