Əbu Nəsr Əl-Fərabi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Əbu Nəsr Əl-Fərabi
 
 » Elm və mədəniyyət » Dahilər » Əbu Nəsr Əl-Fərabi

     
 
Elm və mədəniyyət » Dahilər: Əbu Nəsr Əl-Fərabi
 
 
Müəllif: Zaur | 20 Noyabr 2009 | 15011 dəfə oxunub
http://zeka.az/169-399bu-n601sr-399l-f601rabi.html
alt

Əbu Nəsr Əl-Fərabi

Türk mənşəli Əbu Nəsr Məhəmməd əl-Fərabi (870-950) İslam dünyasının peripatetik filosoflarından ən böyüyü, ikinci müəllim kimi məşhur olmuşdur. Məlum olduğu kimi birinci müəllim Aristotel hesab olunur. O fəlsəfəni, astronomiyanı, riyaziyyatı və musiqini dərindən öyrənmişdir. Bağdaddakı müəllimləri içərisində ərəb mənşəli xristianlar da olmuşdur. Əksər müsəlman filosofları kimi Fərabi də bir sıra ölkələri gəzmişdir. Maarif və mədəniyyət mərkəzlərinə baş çəkən böyük filosof zəmanəsinin məşhur mütəfəkkirləri ilə görüşüb tanış olmuşdur. Ömrünün son illərini o, Hələbdə Sultan Seyfətdövlün sarayında keçirmişdir. Fərabinin fəlsəfəsində də digər müsəlman filosoflarının əsərlərində olduğu kimi Platonun və Aristotelin təlimlərini yaxşılaşdırmaq cəhdləri özünü göstərir. Fərabi məntiqdə, etikada, metafizikada Aristotelin baxışlarını müdafiə etmiş, sosial problemlərin həllində isə Platonun ideyalarına üstünlük vermişdir.

Fərabi öz dövründə mövcud olan böhran üçün təqsiri filosoflarla hökumət arasında əlaqənin olmamasının üzərinə yıxırdı. Əgər filosofun təsiri hiss olunmursa, dövlət yəqin ki, məhv olmaq astanasındadır. Fərabinin təsəvvürlərinə görə dünya özünün ilk mənbəyi olan birinci varlığa malikdir (Əl-Mövcud Əl-Əvvəl). Birinci varlıq qeyri-maddi, mütləq mənada mükəmməllik, fəaliyyət göstərən əbədi varlıqdır. O, heç nəyə ehtiyac hiss etmir. Bu zəruri varlıq “mümkün” və yaxud “potensial” varlıqdan fərqlənir, çünki onların mahiyyətində onların mövcudluq zərurəti yaranmır. Zəruri varlıq hansısa mövcudluq üçün öz mövcudluğunda heç bir səbəbə malik deyildir. O səbəblərdən – materiya, hərəkət, forma və məqsədlərdən azaddır. Burada Aristotelin substansiyanın 4 prinsipi nəzərdə tutulur: 1. Forma – eydos, morfe və yaxud mahiyyət; 2. Materiya (nədənsə olan) və yaxud substrat; 3. Hərəkətin mənbəyi və yaxud (Yaradan) başlanğıc; 4. Məqsəd; əksinə zəruri varlıq (Yaradan) özü “mövcudluğun başlanğıcı”dır. Başqa sözlə desək, bütün şeylərin mövcudluğu ondan əmələ gəlir, çünki mövcud olan şeylər Onun mövcudluğunun möhürünü özündə daşıyırlar və yalnız bu şəkildə onlar mövcud ola bilir. Birinci varlıq ikinci səbəblərin mövcudluğunu yaradır.

Fərabiyə görə təbabət özündə müxtəlif ziddiyyətləri gizlədir və dövri olaraq öz inkişafında həmin ziddiyyətlər özünü göstərir. Bu bir tərəfdən bir elm kimi özünün nəzəri əsaslarının işlənib hazırlanmasına, digər tərəfdən praktiki təbabətin hər bir xəstənin fərd kimi hərtərəfli klinik öyrənilməsinə yardım edir. Qeyd etdiyimiz ziddiyyət nəzəriyyə və praktikanın əlaqəsinin mürəkkəbliyini əks etdirir. Sırf nəzəriyyə əsasında müalicə problemini həll etmək qeyri-mümkündür. Şübhəsiz, empirik (təcrübəyə əsaslanan) biliyin imkanları da məhduddur.

Fərabinin əsərlərində elmlərin təsnifatının variantlarından biri verilmişdir. Təbiidir ki, bu təsnifatda Fərabinin şəxsi axtarışları hiss ounur. Məlum olan bütün elmlərin məcmuunu 5 bölməyə ayırır: dilçilik, məntiq, riyaziyyat, fizika və metafizika. Mülkü elm həmin bölmələrə daxil idi.

Tədqiqatçıların fikrincə Fərabi İslam dünyasının ən böyük məntiqçilərindən biri olmuşdur. O Aristotelin “Orqanon” əsərini diqqətlə tənqidi təhlil etmişdir. Sonrakı dövrlərin məntiqçiləri Fərabinin təsiri altında olmuşlar. Hətta onun baxışlarını tənqid və modifikasiya edən belə çox vaxt Aristoteli onun baxışları ilə nəzərdən keçirmişdir. Ən parlaq nümunə kimi İbn Sinanı göstərmək olar.

Fərabinin fikrincə bütün dinlər mərkəzə doğru cəhd edirlər. Bu mərkəz isə Allahın özüdür. İnsanları ayıran onların etiqad etdikləri dinlərin müxtəlifliyi deyil, həqiqəti başa düşməmələridir. Bu həqiqət ondan ibarətdir ki, bütün insanlar varlığın müxtəlif səviyyələrində və mənəvi tərəqqinin müxtəlif mərhələlərində olmaqlarına baxmayaraq, onların hamısı İlahi iradənin yaratdıqlarıdır. Həqiqətin vahidlik məsələsinin dərinliyinə varan Fərabi peyğəmbər şəxsiyyətinin hərtərəfli və ifadəli təsvirinə geniş yer verir. Onun fikrincə peyğəmbər həm fəlsəfə məsələlərində, həm də mənəviyyat məsələlərində ən yüksək zirvəyə çatan insandır. Peyğəmbər sözləri insanların bəxtinə çıxan bütün intellektual və mənəvi potensialı reallaşdıran həqiqətən mükəmməl insandır.

Fərabiyə görə insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. İnsanlar müxtəlif qabiliyyətlərə malikdir. Cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələrini yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər. Cəmiyyətin başında tam hakimiyyətə malik olan peyğəmbər durur və ilahi müdrikliyə uyğun olaraq cəmiyyəti idarə edir. İdeal dövlət təbiətin təbii qanunlarına uyğun qurulduğundan onun vətəndaşları tamamilə xoşbəxt olmalı idi. Dövlətin isə borcu vətəndaşlarının xoşbəxt olmasını təmin etmək idi. Fərabi xoşbəxtliyin mahiyyəti və onun əldə edilməsi yolları haqqında ətraflı danışır. Fərabiyə görə xoşbəxtliyin 3 şərhi var: 1) Xoşbəxtlik sırf nəzəri fəaliyyətdir; 2) Xoşbəxtlik sırf praktiki fəaliyyətdir və nəhayət 3) Xoşbəxtlik yuxarıda deyilənlərin hər ikisinin əlaqələndirilməsidir. Xoşbəxtliyin əldə edilməsinin real yollarının fərdi-şəxsi fəaliyyətin nəticəsi kimi göstərilməsinə baxmayaraq, Fərabinin həmin xoşbəxtliyin əxlaqi qanunlarına müvafiq olaraq xoşbəxtliyə insanların birliyi sayəsində daha dəqiq desək, cəmiyyət kontekstində nail olmağın mümkünlüyünü qeyd etməsi diqqəti cəlb edir. Göründüyü kimi Fərabi mükəmməl dövlət quruculuğunun zəruriliyini ali ideal hakimin mövcudluğu ilə əlaqələndirir.

                      

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 9)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.