Ər-arvad bağlılığını möhkəmləndirən amillər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ər-arvad bağlılığını möhkəmləndirən amillər
 
 » Sağlamlıq » Psixologiya » Ər-arvad bağlılığını möhkəmləndirən amillər

     
 
Sağlamlıq » Psixologiya: Ər-arvad bağlılığını möhkəmləndirən amillər
 
 
Müəllif: Zaur | 21 Noyabr 2009 | 13349 dəfə oxunub
http://zeka.az/170-399r-arvad-ba287l305l305287305n305.html
alt

Ər-arvad bağlılığını möhkəmləndirən amillər

Ər-arvad bağlığına təsir edən amillərdən biri – ailədə dini etiqadlara olan zəruriyyətdir. “Həyat yoldaşı seçimi” bəhsində ailə qurarkən ər-arvadın etiqad yönündən oxşar olmaları məsələsini araşdırdıq. Bundan başqa, dini inanclar ailə üzvləri arasında qarşılıqlı əlaqələrin güclənməsinə təsir qoyur. Bəzi ailələrdə, dini inanclardan bəhrələnmədiklərinə görə, daim müxtəlif problemlər ortaya çıxır. Quran belə həyatı “daralan güzaran” deyə təbir edir (“Taha” surəsi (20) 124-cü ayə: “Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzaranı daralar). Güzaranın çətinləşməsi-tamaha, hirsə, qorxu və iztiraba görə də ola bilər. Elə buna görə də adi insan həyatında belə etiqadların çox mühüm rolu var. Dini inancların tərk edilməsi insan həyatındakı rahatlığı və zövqü məhv edir.

Beləliklə, insan həyatında təsir qoyan dini inanclar aşağıdakılardan ibarətdir:

1.  Allaha inam: ən mühüm dini etiqad tək olan Allaha inamdır. Allahpərəstlik, insanın varlıq aləmini və həyatı mənalı bilməsinə, münəzzəm və aram şəkildə rəftar etməsinə səbəb olur (Zumər, 29; Bəqərə, 156; Rəd, 28). Allahın ədalətli olmasına, heç kəsə zərrə qədər zülm etmədiyinə və heç bir varlığın haqqını zay etmədiyinə inanan şəxslərin problemləri daha az olur, qarşıya çıxan problemləri həll etməkdə isə kənardan hər hansı hakimə ehtiyac duymur. İnsan həyat məsələləri ilə üzləşdikdə iki qrup amilə möhtac olur:

a)  Zahirdə maddi səbəblərin meydana çıxıb cəmlənməsi.

b) Psixoloji şərtlərin meydana çıxması. Allaha təvəkkül etmək, ikinci qrupun şərtlərini bir araya cəmləyir. Bəzən iradənin süstləşməsi, qəm-kədər, iztirab – qarşıya çıxan problemlərin münasib şəkildə həll olunması üçün hətta, insanın bacardığı üsullardan istifadə etməsinə mane olur. Bu yerdə Allaha təvəkkül etmək – iradənin güclənməsinə, psixologiyaya mənfi təsir göstərən amillərin təsirinin zəifləməsinə, şəxsin problemlərin həlli üçün qüvvə tapmasına səbəb olur.

Ailədə mühüm olan məsələlərdən biri də, şəxslərin qarşılıqlı olaraq biri-birilərini Allaha təvəkkül etməyə tövsiyə etmələridir. Bu qadınlar üçün daha çox əhəmiyyətə malikdir, çünki bir çox problemlərin həll olunmasında, xüsusilə də iqtisadi problemlərin yoluna qoyulmasında əsas məsuliyyət kişinin üzərinə düşdüyündən ona yüksək əhval-ruhiyyə aşılamaq qadının öhdəsinə düşür.

2. Peyğəmbərlərin risalətinə və imamların imamlığına inam: Dindarlığın əsası sayılan ikinci dini inanc – Allah tərəfindən tarix boyu ilahi peyğəmbərliyə seçilmiş insanların risalətinə inanmaqdır.

Peyğəmbərliyə və imamətə inanc – insan həyatının iki yönündə yaradıcı əhəmiyyətə malikdir: Birincisi dini məsələlərin öyrənilməsinə, xüsusilə də dini əsaslar üzrə yaşam tərzinə qayıdır. Dini təlimləri tanımanın yolu – İlahi kəlamlardan yararlandıqdan sonra Peyğəmbərin (s) və davamçılarının (imamların) sözlərini dərk etməkdir. Belə ki, hətta Allah kəlamından doğru yararlanmaq (istifadə etmək) özü də din övliyalarının sözlərini dərk etməyə bağlıdır. Söhbət dini övliyaları özünə ülgü seçməkdən gedir. İnsanda lap uşaqlıqdan mövcud olan özünü kiməsə bənzətmək meyli əsas amillərdəndir. Yəni ətraf mühit və ya hər hansı problemlə üzləşdikdə, ləyaqətli bir insanı özünə nümunə seçib onu təqlid etmək uşaqda müsbət təsir qoyur. O cümlədən, ailə üzvlərilə rəftarda dini təlimləri kamil şəkildə icra edən insanları təqlid etməyin özü zəruridir. Quran mənəvi kamillik ardında olan insanları Peyğəmbəri (s) özlərinə ən yaxşı bir nümunə kimi hədəf seçməyə dəvət edir (Əhzab, 21-ci ayə). Din övliyasının (peyğəmbərin) ailədəki lap əvvəldən sonadək bütün rəftarları bir dərsdir: həyat yoldaşının seçimi, mehriyyə, cehiz, toy mərasimi, bütün sahələrdəki davranışı, övladlarla rəftarı, valideynlə rəftarı, dünya həyatına dair tövsiyələri və s.

3. Ölümdən sonrakı həyata etiqad: İnsanların həyatında olduqca dəyərli rola malik olan üçüncü dini etiqad – olümdən sonrakı həyata, Qiyamət günü əməllərin hesaba çəkiləcəyinə, şəxslərə rəftarlarına görə mükafat və cəza veriləcəyinə inanmaqdır. Ailə həyatında qarşıya çıxan problemlərin bir hissəsi həyatı puç və mənasız hesab etməkdən yaranır. Ölümdən sonrakı həyata inanmamaq isə bu problemləri bir az da artırır. Elə bu üzdən – ölümdən sonrakı həyata inamsızlıq ucbatından ailələr bir heç uğrunda çox rahatlıqla dağılır. Ölümdən sonrakı həyata inam ailənin diqqətini daha qalıcı olan bir hədəfə yönəldib ailə üzvləri arasındakı bağlılığı möhkəmləndirir (Hap, “Din həyata məna bağışlayır”). Axirətə aid dini kəlamlar ailə üzvlərini dünyadakı müsibətlərə dözməyə sövqləndirir. Xüsusilə iqtisadi çətinliklər müqabilində deyilən cümlələr diqqəti çəkir: “Müsibətlər Allahın hədiyyəsidir və kasıblıq Allahın xəzinəsində saxlanmışdır” (Kuleyni, “Kafi”, c 2, səh 260). “Kasıblıq insanların gözündə pisdir, Qiyamət günü Allah yanında isə bər-bəzəkdir” (Hüsaməddin Hindi, “Kənzul əmmal”, 16595).

Daha çox axirətə aid olan bu sözlər ailə üzvlərini dözülməsi çətin olan bir sıra dünya işləri müqabilində dözümlü olmağa səsləyir. Məada olan inamın daha bir təsiri kobud rəftarların qarşısını almaqdır. Ailədəki problemlərdən bəzilərinin kökü öz rəftarını cilovlamamağa dayanır. Məada inam, başqalarının hüquqlarından sui istifadə etməyin və məsuliyyətləri yerinə yetirməməyin nəticələrini yada salmaq insanı kobud münasibətlərdən çəkindirir. Din övliyalarının kəlamlarında öz həyat yoldaşı ilə pis rəftar edənin çox dəhşətli aqibəti olacağı bildirilir. Şəxs axirət həyatındakı dəhşətli aqibəti nəzərə alaraq özünü kobud münasibətlərdən çəkindirə bilər. 

                     

Məlumatdan istifadə etdikdə məlumat zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.