Təvəkkül etmək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Təvəkkül etmək
 
 » Din » Əxlaq » Təvəkkül etmək

     
 
Din » Əxlaq: Təvəkkül etmək
 
 
Müəllif: Abdullah | 23 Noyabr 2009 | 12867 dəfə oxunub
http://zeka.az/174-t601v601kk252l-etm601k.html
alt

Təvəkkül etmək

“Əgər Allah sizə yardım etsə, sizə qalib gəlməyəcəklər. Sizdən kömək əlini çəksə, ondan sonra kim sizə kömək edəcək? Möminlər yalnız Allaha təvəkkül etməlidir” (Ali-İmran, ayə 160).

İslam peyğəmbəri (s) Cəbraildən təvəkkül haqqında soruşduqda, Cəbrail cavabında belə buyurdu: “Təvəkkülün mənası budur ki, insan bütün xeyir və ziyanının, bəxşiş və məhrumiyyətinin xalqın əlində olmadığına əmin olsun. Əgər insan belə bir mərifət mərtəbəsinə çatsa, Allahdan qeyrisi üçün iş görməsə, Allahdan qeyrisindən qorxmasa, qeyrisinə ümidvar olmasa və Allahdan başqasından bir şey gözləməsə o zaman bu hala Allaha təvəkkül deyilir.”

“Təvəkkül” sözü vəkalət sözünün kökündəndir və İslam lüğətində insanın Allahı özünə etibarlı bir dayaq seçməsi, bütün işlərini ona həvalə etməsi mənasında nəzərdə tutulur. Adi insanlar dünya işlərində daha çox  müvəffəqiyyət qazanmaq üçün özlərinə vəkil seçdikləri kimi, Allah bəndəsi də bütün işlərdə Allahı özünə vəkil seçməlidir. Ümumiyyətlə, öz ehtiyaclarını ödəmək istəyən insanın qarşısında üç yol var: Öz gücünə güvənmək, başqasına güvənmək, hər şeydən ümidini üzüb, Allaha təvəkkül etmək. Bu üç yol arasında ən pis yol başqalarına güvənməkdir. Bu üsul təkcə dini baxımdan yox, psixoloji baxımdan da bəyənilməmişdir və insanı cəmiyyət üçün ağır yükə çevirir. Belə yolla gedən insan tədricən öz müqəddəs ehtiyaclılıq hissini unudur və kiçik işlərdə də başqalarının köməyinə göz dikir.

“Bir gün Əli (ə) məscidin bir küncündə yığılmış sap-sağlam bir dəstə insanı gördükdə buyurdu: Siz kimsiniz? Dedilər: Biz təvəkkül edənlərik. Həzrət buyurdu: Yox, siz müftəxorlarsınız” (Müstədrəkul-Vəsail, c 11 səh 217).

İnsanların içərisində elələrinə də rast gəlinir ki, onlar bir çox işlərdə, xüsusilə də ruzi qazanmaq məsələsində tənbəlliyə yol verir və Allahın nə vaxtsa bu çətinlikdə onlara yardım edəcəyinə daha çox inanıb bunu təvəkkül hesab edirlər. Hansı ki, Allah öz zəhmətilə çörək yeyən şəxsləri sevir. Belə insanlar hədisdə deyildiyi kimi təvəkkül edənlər yox, həyatda səy göstərməkdə tənbəllik edənlərdir. Digər tərəfdən insan işlərində özünə də çox güvənməməlidir. Bəzən özünə inam məfhumu normal qəbul edilsə də, tovhidi etiqad baxımından məqbul deyil. Çünki insan öz-ozünü və Allahını dəqiq şəkildə tanıdıqda, zəif olduğunu anlayır. Aydın məsələdir ki, insanın malik olduğu güc və enerji Allahdandır. Belə isə insan hansı əsasla yalnız özünə güvənə bilər?! Əgər insanın özü və ixtiyarında olan hər şey Allaha aiddirsə, insan özünü həqiqi malik hesab edə bilməz. İnsanın Allaha təvəkkül və etiqadı öz Rəbbini tanıması yolu ilə hasil olan bir xüsusiyyətdir. İnsan öz istəyi ilə Allaha bağlanmalıdır. Çünki bizim ixtiyarımızda olan vasitələr məhdud təsirə malikdir və elə bu vasitələrin təsiri də Allahın ixtiyarındadır.

İmam Sadiq (ə) buyurur: “Sizlərdən hər hansı biriniz arzusuna çatmaq istədiyi vaxt hamıdan ümidini üzməli və bilməlidir ki, onun arzusunun həyata keçməsi, yalnız Allahın əlindədir” (Misbahuş-şəriət).

Bu o demək deyil ki, insanlar heç bir işə əl atmayıb otursunlar və Allahdan ruzilərini və ya hacətlərini hazır gözləsinlər. Elə iş var ki, insanın imkanı xaricindədir, elə iş də olur ki, onun icrası insan üçün mümkündür. Amma bəzən maneələr ortaya çıxır və onları aradan qaldırmaq çətinlik törədir. Allaha təvəkkül etmək o işlər üçündür ki, onları icra etmək imkan xaricindədir. İnsanın imkanı daxilində olan işlər isə insana aiddir və insan işləyib çalışmaqla, zəhmət çəkməklə istədiyi nəticəni əldə edə bilər. Bəndə hər hansı bir işi əldə etmək və ya hacətinə çatmaq istəyirsə, əvvəla bütün imkanlarından (istər daxili, istərsə də xarici) istifadə etməli, sonra gördüyü işin uğurla qurtarmasında, bu işdə heç bir maneə ilə rastlaşmamasında Allaha təvəkkül etməlidir.

“Bir gün Peyğəmbərin (s) yanına bir çöl ərəbi gəlmişdi. Peyğəmbər ondan öz dəvəsini harada buraxdığını xəbər aldıqda, ərəb dedi ki, dəvəni kənarda buraxıb gəlmişəm. Peyğəmbər soruşdu ki, dəvənin dizini bağladın, ya yox? Ərəb dedi ki, yox, Allaha təvəkkül edib buraxdım. Peyğəmbr buyurdu: Əvvəl dəvənin dizini bağla ki, getməsin. Sonra Allaha təvəkkül elə ki, ona başqa bir bəla gəlməsin, məsələn: canavar onu parçalamasın” (Mizanul-hikmət).

Beləliklə, insan hər bir işi görərkən Allahdan başqa kimsədən pənah gözləməməlidir. Hər bir işdə onun məsləhətini qəbul edib nəticəsinin xeyir olacağına ümid bəsləməlidir. Allaha təvəkkül edən şəxs yəqin etməlidir ki, Allah-Taalanın elmi, kamalı, qüdrəti və qüvvəti bütün yaranmışlara yetər və O, öz bəndələrinə xeyirxahdır, kərimdir, rauf və mərhəmətlidir.

“İşlərdə onlarla məsləhətləş və qərara gəldikdə Allaha təvəkkül et, çünki Allah təvəkkül edənləri sevər”  (Ali-İmran, ayə 159)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.