Baxımlı qadın » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Baxımlı qadın
 
 » Sağlamlıq » Psixologiya » Baxımlı qadın

     
 
Sağlamlıq » Psixologiya: Baxımlı qadın
 
 
Müəllif: Zeyneb | 24 Noyabr 2009 | 14419 dəfə oxunub
http://zeka.az/176-bax305ml305-qad305n.html
alt

Baxımlı qadın

Qadın – Həmişə öz gözəlliyi, özəlliyi, səmimiliyi ilə seçilən bir qadın!

Qadın – Kişini kişi edə bilən!

Qadın – Dünyaya övlad gətirə bilən!

Qadın – Ana ola biləcək varlıq!

Qadın – Tarixlərdə adla deyilən!

Bəs ideallığa meyilli qadın necə olmalıdır? Baxımlı qadın deyiləndə sizcə hansı qadın nəzərdə tutulur? Bu gün cəmiyyət qadın deyəndə necə bir qadını görmək istəyir? Bu gün kişilər öz qadınlarını necə görmək istəyir? Bu gün atalar qızlarını necə görmək istəyir?

Bu dəfə yazımı evdar qadınlara ünvanlayıram. İşləməyən – evinin xanımı, yoldaşının gülü, övladlarının anası olan qadınlardan yazacam. Bu xanımlara nə məsləhət verə bilərik?! Əvvəla bu qədər çirkli, napak cəmiyyətdə ailə sahibi olmaq və övlad tərbiyə etmək çox uğurlu bir nəticədir.

Hörmətli xanımlar, gəlin biz özümüzdən başlayaq: birinci zahirimizi səhmana salaq. Hər gün yoldaşımızdan əvvəl oyanaq. Bu bir neçə gün, bir neçə ay çətin olacaq – sonunda isə vərdişə çevriləcək. Əvvəlcə güzgüdə özünüzü düzəldin, səliqəli geyinin və səhər süfrəsi açın. Bunu xüsusi məhəbbətlə etsəniz nəticə siz gözlədiyinizdən daha da gözəl alınacaq. Sonra yoldaşınızı oyadın. Allahın sizə bəxş etdiyi, çoxlarından isə əsirgədiyi balalarınızı xüsusi metodlarla oyadın. Nəhayət, onlar da buna vərdiş edəcək, hətta, sizə kömək belə edəcəklər. Bu bir qadın üçün özünün və ailəsinin gününə uğurla start verməsidir (başlamasıdır).

Sonra uşaqlarınıza diqqət yetirin, onlara xeyirli məşğuliyyətlər verin. Hətta onların xəbəri olmadan öz işləriniz üçün uşaqlarınızın köməyindən istifadə edə bilərsiniz. Məsələn, oyun təşkil edin: Uşaqlar, yerdə artıq nə varsa yığın. Kim əşyaları yerinə düzgün qoyarsa o qalib olacaq – deyib onları həvəsləndirin.

Evdar xanımlar! Uşaqların vaxtlı-vaxtında yemək yeməsi çox vacibdir. Qabardaraq demək istəyirəm ki, hətta gələcəkdə orqanizmlərinin, sağlamlıqlarının necə olması bundan asılıdır. Bəzən 4-5 yaşlı uşaqlara valideynlər öz yedikləri yeməklərdən verirlər. Artıq bu o qədər adiləşib ki, heç bilmirlər də bu bilavasitə uşağın mədəsinə indidən xəstəlik salmaqdır.

Xanımlar! Özünüzə xüsusi diqqət yetirin. 26 yaşında artıq ruhdan düşmüş formada olmayın. Hələ bu ən gözəl dövrdür. Həyat yoldaşınız yanınızda olmadıqda ona zəng edin, arabir telefonuna xoş sözlər göndərin. Həyata, uşaqlara, yoldaşınıza düşüncələrinizi xüsusi və gözəl şəkildə dəyişdirin. Mehribançılığı, xoşbəxtliyi özünüz üçün əsas meyar edin. Öz ananızla, qaynananızla münasibətlərinizi yaxşılaşdırın. Məsələn, onlara zəng edin. Ola bilər ki, bu sizə xoş gəlmir, lakin ailə daxili münasibətlər üçün bu vacibdir.

PSİXOLOQ  ZEYNALOVA ZEYNƏB

 

Məlumatdan isrifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.