Sağlamlığınızın qədrini xəstələnməzdən qabaq bilin. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Sağlamlığınızın qədrini xəstələnməzdən qabaq bilin.
 
 » Sağlamlıq » Təbabət » Sağlamlığınızın qədrini xəstələnməzdən qabaq bilin.

     
 
Sağlamlıq » Təbabət: Sağlamlığınızın qədrini xəstələnməzdən qabaq bilin.
 
 
Müəllif: muslim | 19 İyul 2009 | 13152 dəfə oxunub
http://zeka.az/18-sa287laml305287305n305z305n-q601drini.html
      Çox nadir insanlar ola bilər ki, ömründə heç xəstələnməyib və həkimə də müraciət etməyib. Heç olmazsa yüngül bir xəstəliyə ömürdə bir dəfə də olsa düçar olur. “Sağalmayan xəstəlik yoxdur” kitabının müəllifinin sözü ilə desək: Bu gün həyatda sağlam insanlara rast gəlmək özü, günün ən böyük möcüzəsidir. Deməli sağlamlığımız həyatda ən böyük nemətlərdəndir. Alimlərdən biri öz kitabında belə deyir: Kim öz həyatının qiymətini bilmək istəyirsə qəbristanlığa, canın-cisminin sağlamlığının qədrini bilmək istəyirsə xəstəxanalara baş vurub ibrət alsın.
Buna görə də biz tibb rubrikamızda ilk dəfə olaraq müəyyən bir xəstəlikdən yox, öz sağlamlığımızın qədrini bilməkdən söhbət açacağıq. Bir-birimizi görəndə, hal-əhvalımızı soruşanda tez-tez dediyimiz sözlərdən biri də “canın-başın necədir?” olur. Hətta toy və mərasimlərdə də bir-birimiz üçün etdiyimiz dualardan biri də “Allah səni salamat etsin, Allah sənə səhhət bədənlik versin” sözləridir. Daha dəhşətlisi bu gün bütün həkimlərin etirafına əsasən insana ən böyük zərbə vuran spirtli içki içəndə öz tostunda “can sağlığından” danışır. Lakin nə qədər bu dediklərimiz ağla uyğundur, bu sual altındadır. Şəxsən özümüz bunun şahidiyik ki, həkim spirtli içkini qadağan etdiyi xəstə durub içki içə-içə “bunu hamımızın sağlığına” deyərək stəkanı başına çəkir. Çox maraqlıdır, niyə biz sağlamlığımızı bu qədər ucuz tuturuq? Halbu ki, həyatın ləzzət və gözəlliyi bizim sağlamlığımızdadır. 
       Başqa bir sözlə desək əgər həyatdan ləzzət almaq istəsək bədənimiz sağlam olmalıdır. 
       Həzrət İmam Əli (Allahın salamı olsun ona) buyurub: “Həyatın ləzzəti can sağlığı ilə tutulur.”  
      Amma çox təəssüflər olsun ki, bu gün bunu başa düşənlər çox azdır. Atalar demişkən sonrakı peşmançılıq fayda verməz. Bəzilərinin dili ilə desək, “həkimlər ona vaxt qoyub”. Sağalda bilməməsinə baxmayaraq hələ ölümünə də vaxt qoyur! Bunu da bilməliyik ki, insanın can sağlığı təhlükədə olduqda çox vaxt var-dövlət belə bunun qarşısında aciz qalır.
       Xəstəlik ən böyük bəlalardan və sağlamlıq ən böyük nemətlərdəndir. Gəlin bunun qədrini bilək. 
Peyğəmbər (Allahın salamı ona və pak ailəsinə olsun) buyurub: “Sağlamlığınızın qədrini xəstələnməzdən qabaq bilin.” 
Gələn sayımızda sağlamlığımızın təminatı üçün lazımlı metodlardan bəhs edəcəyik.  




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.