Özünə daş atanlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Özünə daş atanlar
 
 » İstirahət » Lətifələr » Özünə daş atanlar

     
 
İstirahət » Lətifələr: Özünə daş atanlar
 
 
Müəllif: Muslim | 26 Noyabr 2009 | 12561 dəfə oxunub
http://zeka.az/180-gzgnj-dae-atanlar.html

 

Özünə daş atanlar

     Dünyanın bütün yerlərindən olduğu kimi vətənimizdən də bu il müqəddəs Həcc səfərində 2 minə yaxın hacı iştirak edir. Həcc ziyarəti başqa ziyarətlərdən özünə məxsus əməlləri ilə fərq edir. Elə buna görə də bütün kütləvi informasiya vasitələri bu mövsumda Həcc ilə bağlı verilişlər və təhlillər əks etdirirlər. Amma mövzumuz lətifə olduğundan biz diqqətinizi belə böyük bir ziyarətin bəziləri tərəfindən kor-koranə olunmasından və Həccin uca hədəflarindən uzaq düşməsindən söhbət açacağıq.

     Həcc nədir? Hacı kimdir? Qurban kəsən (verən)? Şeytana daş vuran kimdir? ...

Bəziləri bu ziyarətin əsl mahiyətinə varmır. əksinə hətta bu ziyarəti öz nəfisinin istəklərinə görə yerinə yetirirlər. Doğrudan da heyifdir ki, belə bir əzəmətli ziyarəti “Hacı adını qazanmaq” üçün edəsən. Yaxud o yerləri sanki bir “Turist” ünvanında gəzəsən. Oteldə rahat dincəlib sonra durub bazarları bir-bir gəzəsən. Və acınacaqlısı Həccə getməklə kamilliyə yetişmək və savab qazanamq əvəzinə ağır günah qazanıb qayıdasan. Nəticədə yuxarıda deyilən suallara belə hacının cavabı “maraqlı tusrist səfəridir” olacaq. Əlbəttə bu dəfə Antaliyaya yox, Ərəbistana olan turist səfəri. Və sonda belə hacılar həqiqətdə şeytana yox, özünə daş vuran kəsdir.

     Hacılardan biri deyir: “Şeytana daş atan yerdə tanıdığım 2 ər arvadı gördüm. Onlardan şeytana daş atmaq simvolu olan əməlin yerinə yetirildiyini soruşanda, zarafatda olsa həqiqətə yaxın belə bir cavab verdilər: Çox fikirləşdik, gördük şeytana yox özümüzə daş atmalıyıq. Mən bu başda duraraq, yoldaşım o başda durub biri-birimizə “həqiqi şeytana” daş atdıq”.

     Allah bizləri öz evini həqiqi ziyarət edənlərdən qərar versin.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 1
Qonaq: 11
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.