Ramazan ayının fəlsəfəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 17-si, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Ramazan ayının fəlsəfəsi
 
 » Xəbərlər » Əlamətdar günlər » Ramazan ayının fəlsəfəsi

     
 
Xəbərlər » Əlamətdar günlər: Ramazan ayının fəlsəfəsi
 
 
Müəllif: elnur313 | 9 İyul 2013 | 13215 dəfə oxunub
http://zeka.az/1814-ramazan-aynn-fzhlszhfzhsd.html

 

 

Ramazan ayının fəlsəfəsi

"Həqiqətən də oruc günahlarımızın qarşısının alınmasında ən böyük qalxandır".
Ramazanın fəlsəfi tərəfinə gəldikdə isə ilk növbədə demək lazımdır ki, orucluq - insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Bu ay ruhun tərəqqisi və Allaha tərəf pərvaz etməsidir. Peyğəmbərimiz (s) bir hədisində buyurub ki, "oruc cəhənnəm oduna qarşı qalxandır". Həqiqətən də oruc günahlarımızın qarşısının alınmasında ən böyük qalxandır. Oruc insanları səbrə, təmkinə, mərhəmətli olmağa dəvət edir, əxlaqımıza - iç dünyamıza nəzarəti gücləndirir. Bir sözlə, insanda sağlam ruhla sağlam bədənin vəhdətini gerçəkləşdirir. Peyğəbərimiz (s) buyurmuşdur: "Oruc tutsanız sağlam olarsınız". 
Oruc tutmaq insanı mənən saflaşdırır, iradəsini möhkəmləndirir, qəlbini iman işığı ilə nurlandırır, nəfsini paklaşdırır, onu məkr, hiylə və riyadan uzaq olmağa sövq etdirir, ən başlıcası isə kamilliyə yüksəlməsində ona yardımçı olur. 
Oruc tutmağın bir fəlsəfəsi də ictimaiyyət arasında bərabərçiliyi yaratmasındadır. Orucluq zamanı varlı da, kasıb da bərabər olur. İnsan məhz bu ayda ruhən və cismən saflaşır, sözün həqiqi mənasında insan olur. 
Orucluğun böyük tibbi əhəmiyyəti da vardır. Belə ki, oruc tutan şəxs oruc tutmaqla həm də özünü müalicə edir. Bir hədisdə deyilir: "Mədə dərdlərlə dolu bir evdir, oruc tutmaq isə ən yaxşı dərmandır". Nəzərdən qaçırmayaq ki, il ərzində insanın həzm mexanizmi həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürəkkəb mexanizmə istirahət verir, onu yeniləşdirir. 
Ayların sultanı sayılan Ramazan hər bir müsəlmanın şəxsiyyətində, onun insan kimi formalaşmasında, tərbiyəsində olduqca mühüm yer tutur. Unudulmamalıdır ki, müqəddəs Qurani-Kərim məhz bu ayda - Ramazanda nazil edilmişdir. Və məhz bu ayda Həzrəti Məhəmməd (s) peyğəmbərlik məqamına yüksəlib. 
Bir həqiqət də budur ki, kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir müsəlman bu mübarək ayda oruc tutub, Allah-Təalanın buyurduqlarını yerinə yetirməyə borcludur. Necə ki, Qurani-Kərimdə - "Bəqərə" surəsinin 183-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib olunduğu kimi, sizə də vacib edildi. Bəlkə, pis əməllərdən çəkinəsiniz". 
Qeyd etmək istərdik ki, halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva, yaxud isti su ilə iftar açmaq xüsusilə savabdır. 
Oruc niyyət edilərək, imsak (obaşdan) vaxtından iftar vaxtınadək (orucu batil edən hallardan uzaq olmaqla) yerinə yetirilən müqəddəs bir ibadətdir 
* İmsak - sübhçağı, yeyib-içməyi başa vuraraq oruca başlamaq vaxtıdır. Yəni namaz vaxtından bir qədər əvvəl yeyib-içməyi dayandırıb, oruca başlayaraq niyyət edilməlidir. Həmin vaxtdan oruclu sayılırsan. 
* İftar - orucun açıldığı, eləcə də axşam (şam) namazının başlanma vaxtıdır. Öncə namaz qılıb, sonra iftar açmaq daha yaxşıdır. 
Qeyd: Axşamdan sonra oruca niyyət edilsə belə, imsak vaxtına qədər yemək-içmək olar. 
Oruc tutan şəxs belə niyyət etməlidir: "Allah rizası üçün Ramazan ayının tamamını (və ya sabahkı gününü) oruc tuturam qürbətən iləllah". 
Ramazan ayının (Cəfəri məzhəbində - şiəlikdə) 19-cu, 21-ci və 23-cü gecələri Qədr (Əhya) gecəsi - Qurani-Kərimin yer üzünə endirilməyə başladığı min aydan xeyirli bir gecələrdir. 
Allah bizləri Ramazan ayında havaların isti keçməsilə imtahana çəkir deyə bilərik. Uca Yaradan bütün oruc tutanlara səbr versin və beləcə bu imtahandan üzü ağ çıxa bilək!...(Azadxeber.az: Zeynəb Əli qızı)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (3) Çap et
 
 

     
 
#1 Yazan: sirin (21 Avqust 2011 02:40)



Qrup: İstifadəçi
Tarix: 2.02.2011
Allah bu ayin ve bu gecelerin hormetine biz gunahkar qullarini bagiwlasin, dilde yox emelde 14 Mesum davamcilarindan qerar versin,AMIN.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: pervin (14 İyul 2013 13:08)



Qrup: İstifadəçi
Tarix: 14.07.2013
cox gozeldi
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: Zaur-Vehdet (2 Avqust 2013 03:31)



Qrup: İstifadəçi
Tarix: 1.08.2013
sirin,
AMIN.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 5
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.