Təqlid etmədikdə yerinə yetirilən əməllərin hökmü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Təqlid etmədikdə yerinə yetirilən əməllərin hökmü
 
 » Din » Əhkam » Təqlid etmədikdə yerinə yetirilən əməllərin hökmü

     
 
Din » Əhkam: Təqlid etmədikdə yerinə yetirilən əməllərin hökmü
 
 
Müəllif: muslim | 27 Noyabr 2009 | 12488 dəfə oxunub
http://zeka.az/184-tjqlid-etmjdikdj-yerinj-yetiriljn-jmjlljrin-hgkmg.html

Təqlid etmədikdə yerinə yetirilən əməllərin hökmü

Dediyimiz kimi vəzifəmiz hər bir işdə olduğu kimi, dində də mütəxəssis alimlərə müraciət etməkdir və bu alimlər də müctəhidlərdir. Amma mümküdür bəziləri bilməyərəkdən təqlid etməmiş olsunlar. Bunun üçün də etdiyi əməllərin bəziləri müşküllə üzləşsin. Əlbəttə, etdiyi əməllərin hamısının düzgün olması da mümkündür. Bunu aydın etmək üçün aşağıdakı yollar təyin olunmuşdur:

a)  Etdiyi əməllərin təqlid etməli olduğu müctəhidin buyurduqları ilə müvafiq olduğunu başa düşsün (yəni, təqlid etmədiyi vaxtlarda yaşayan ya olan layiqli müctəhidin buyurduqlarına və öz əməllərinə baxanda onun dediyinə uyğun rəftar etdiyini görsün).

b)  Etdiyi əməllərin hal-hazırda vəzifəsi təqlid etməli olduğu müctəhidin buyurduqları ilə müvafiq olsun (yəni, hal-hazırda yaşayan və özü də vəzifəsi ona təqlid etməli olduğu müctəhidin buyurduqlarına nəzər saldıqda keçmiş əməllərinin, onu buyurduqlarına müvafiq olduğunu görsün).

c)  Özü müctəhid olduqdan sonra etdiyi əməllərinin düzgün olduğunu başa düşsün (yəni, özü müctəhid-sahib nəzər olduqdan sonra müctəhid olmamışdan qabaq etdiyi əməllərə nəzər salanda o əməllərin öz müctəhid nəzəri ilə düzgün yerinə yetirildiyini başa düşsün).

Aşağıdakı nöqtələrə diqqət edin:

1. Əgər bir nəfər bir müddət təqlidsiz əməl etsə, təqlidsiz əməllərin miqdarının nə qədər olduğunu bilməsə, amma keyfiyyətini – necəliyini bilsə, yuxarıda deyilən şəkildə əməl etmiş olsa, keçmiş əməlləri düzgündür. Əks halda, batil olduğuna yəqin etdiyi ən az miqdarı qəza etməlidir.

2. Əgər bir nəfər keçmişdə etdiyi təqlidin düzgün olub-olmamasına şəkk etsə, şəkkinə etina etməyib niyyətini əməllərinin düzgün olduğuna qoymalıdır.

3. Bundan qabaq müctəhidin şərtlərindən birini – diri  olmasını qeyd etmişdik. Amma əgər bir nəfər bir müctəhidə sağlığında təqlid edibsə, öləndən sonra dövrünün ən savadlı başqa bir müctəhidindən icazə alib, yenə də o müctəhidə təqlidini davam etdirə bilər. İcazə almasa və təqlid etsə, təqlidsiz əməl etmiş bir insan kimidir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.