İlahi məhəbbət və göz yaşları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » İlahi məhəbbət və göz yaşları
 
 » Din » Əxlaq » İlahi məhəbbət və göz yaşları

     
 
Din » Əxlaq: İlahi məhəbbət və göz yaşları
 
 
Müəllif: Abdullah | 27 Noyabr 2009 | 13454 dəfə oxunub
http://zeka.az/185-dlahi-mjhjbbjt-vj-ggz-yaelard.html

İlahi məhəbbət və göz yaşları

“Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş olunubsa ona çoxlu xeyir verilmişdir və ağıl sahiblərindən başqa heç kəs nəsihət qəbul etməz”. (Bəqərə surəsi, ayə 269).

Allah-Taala hədisi qüdsidə buyurur: “Ey Muhəmməd! Heç kəs Allahı dost tuturam deməklə mənə dost olmaz. Mənə dost olan az yeməklə kifayətlənməli, sadə geyimə qane olmalı, gecəsi səcdədə keçməli, namazın qiyamını uzatmalı və süküta üz tutmalıdır”. Bu gün yaşadığımız cəmiyyətdə bir çox insanlar arasında İlahi məhəbbətdə iddialı olanlar çoxdur. Hətta bütün dinlər və məzhəblər arasında İlahi məhəbbətdən söz açan insanlar da az deyil. Əlbəttə ki, hər birimiz İlahi məhəbbəti əldə etmək və dadmaq istəyirik. Amma necə və hansı yolla mümkündür? Bax elə bunda əziyyət çəkirik. Əslində o məhəbbətin insanda zühur edən əlamətləri var, amma nəfsani istəklərimiz bizlərə maneə yaradır ki, nəticədə məqsəddən kənar düşürük. Hədisdə zikr olunduğu kimi, Allah aşiqi az yeməklə kifayətlənməlidir. Həqiqi aşiq qiymətli geyimlər həvəsində olmamalı, yuxu aparanadək səcdədə qalmalı, namazı tələsik qılmamalı, süküta riayət etməlidir. Bir sözlə Allah aşiqi öz sadə həyat tərzi ilə seçilməlidir. Ləzzətli yeməklərə, əlvan geyimlərə, rahatlığa əsir olan insanın qəlbində Allah məhəbbətinə yer ola bilməz. İlahi məhəbbətə yetişmənin başlıca amillərindən biri bəndənin Allah qarşısında göz yaşı axıtmasıdır. İnsanın Allaha yetişmək üçün həm zahirini həm də batinini paklaması lazımdır. Olsun ki, zahirimizi tez-tez yumaqla, dəstəmaz almaqla pak edə bilək. Amma qəlbin paklanması göz yaşları olmadan mümkün deyil. “Həzrəti Musa (ə) bir gün buyurdu: İlahi! Kimdir səndən qeyri heç bir kölənin olmadığı bir gündə Sənin ərşinin kölgəsində olanlar? Allah ona vəhy buyurdu: ürəyi təmiz olanlar (Əl-məhasin c. 1 səh. 457).

İlahi məhəbbət yolunda qədəm qoymuş insan ilk öncə Allah qorxusundan göz yaşları axıtmalı, etdiyi günahlardan ötrü narahat olmalıdır. İnsan ağlayıb kamil tövbə etmədən qəlbi çirkinliklərdən və günahlardan təmizlənməz. Axıdılan göz yaşları bütün günah və çirkabları yumaq gücündədir. Həzrəti Peyğəmbər buyurur: “Həzrəti Şuəyb Allah məhəbbətindən o qədər ağladı ki, gözləri tutuldu. Allah onun gözlərini sağaltdı, yenidən o qədər ağladı yenə də kor oldu. Nəhayət, Allah-Taala ona belə vəhy etdi: “Ey Şuəyb nə vaxta qədər ağlayacaqsan? Əgər mənim əzabımdan ağlayırsansa cəhənnəmi sənə haram etdim, əgər behişt şövqündən ağlayırsansa behişti ixtiyarına qoydum. Şuəyb (ə) ərz etdi: Pərvərdigara! Sən yaxşı bilirsən ki, mən nə cəhənnəmin qorxusundan, nə də cənnətin şövqündən ağlamıram. Sənin məhəbbətin qəlbimdə özünə yer açmışdı. Səninlə görüşün şövqündən ağlayıram. Allah buyurdu: Elə isə Mən də öz həmsöhbətim  Musa (ə)-ı sənə xadim qərar verdim. Şuəyb ərz etdi: Nə qədər ki, Məni Özünə dost seçməmisən həmişə ağlıyacağam (Hədisi qüdsi 39-cu hədis, Kitabı-iləl).

Bəndənin Allaha yaxınlaşmasının ən gözəl və mükəmməl yolu Allaha ibadətdən başlayır. İnsan namaz qılarkən Allahla ünsiyyətdə olur, bu zaman çox ciddi və məsuliyyətli olması lazımdır. Ona  görə ki, qarşısında durduğumuz Allah hər zaman yaradan, yaşadan, əl çatmaz və ehtiyacımızı təmin edib, nə vaxtsa bu ehtiyacların hesabını çəkən Allahdır. Bəndə namazını qəlbinin iştirakı ilə qılmalıdır. Özünün kiçikliyini zəif və zəlilliyini etiraf etməlidir. Nəinki namaz qılarkən, on illər qabaq baş vermiş hadisələri xatırlayıb, yalnız namazın salamını verərkən namazda olduğunu yada salsın. Əgər biri ilə danışdığımız zaman həmən şəxs üzünü yana döndərsə, bizə necə təsir edər? Bəli Allah cisim deyil və ondan üz çevirmək mümkünsüzdür. Amma Allaha diqqətsizlik qəlbə aid olan bir haldır. Namaza dayanıb başqa şeylər haqqında düşünən əslində Allahdan üz döndərmişdir.

Allahın hüzurunda öz dərdini deyə bilməsini qənimət saymaq əvəzinə dilində Allah deyib qəlbində tamam başqa şeylər haqqında düşünən insan əlbəttə ki, zülmə yol vermişdir. Allah tərəfindən xəlq olunmuş padşahlıq taxtında oturmuş bəndənin qarşısında diqqətli dayanan insanın Allah qarşısındaki diqqətsizliyinə nə ad vermək olar? Hər hansı bir böyük şəxsiyyətin qəbuluna düşməyin nə qədər çətin olduğunu bilirsiniz, amma Allah-Taala öz geniş mərhəməti səbəbindən bəndələri ilə onların evindəcə görüşə hazır olur. Odur ki, bəndə fürsəti əldən verməməli, qəlbini Allaha yönəldib istixfarı (tövbəni) unutmamalı, ən əsası göz yaşı axıtmaqla qəlbini çirkinliklərdən yumalıdır ki, Allaha pak qəlblə yetişsin! Əlinin (ə) dediyi kimi: “Daxil olub qəlbinə, otura qəlbin darvazası ağzında və Allahdan başqa kim gəldisə içəri buraxmaya“. Bu dünyada göz yaşı axıdıb qəlblərini pak edən bəndələrin ümüdvaram ki, Qiyamətdə gözləri güləcək, qəlbləri də pak nübuvvət və imamətlə birgə olacaq inşallah.

İlahi - Pərvərdigara! Əgər hər hansı bir bəndən Sənə tərəf qayıtsa, Sən də qeybi elminlə onun tövbəsini sındıraraq və xətaya dönəcəyini bilsən - mən elə bir bəndə olmaqdan Sənə pənah aparıram! İlahi elə et ki, bu tövbəmdən sonra başqa bir tövbəyə möhtac olmayım. Elə bir tövbə ki, günahlardan amanda qalmağıma bais olsun. Amin!

Məlumatdan istifadə etdikdə istinad zəriridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.