Kababın iyi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Kababın iyi
 
 » İstirahət » Lətifələr » Kababın iyi

     
 
İstirahət » Lətifələr: Kababın iyi
 
 
Müəllif: muslim | 28 Noyabr 2009 | 12643 dəfə oxunub
http://zeka.az/186-kababdn-iyi.html

Kababın iyi

Bir gün varlı müdirlərdən biri öz xidmətçisini bazarlığa göndərir. Xidmətçi bazarlıq etdiyi zənbili aparıb onun evinə təhvil verəndə kabab iyini duyub deyir: Bəh-bəh nə əcəb kababdır!

Varlı deyir: Yaxşı xidmətçi olsan gələn dəfə də bazarlıq etməyi sənə tapşıracağam. (Lətifələr kitabından)

Qurban bayramı hamının bayramı olmağına baxmayaraq, kasıbların xüsusi bayramlarındandır. Bu müqəddəs bayramda bacaranlar müstəqil, bacarmayanlar hamı bir yerə yığışıb qurban kəsirlər. Kasıblara ət paylanır. Çox yerlərdən kababın tüstüsü hər tərəfi bürüyür.

Amma sevindirici haldır ki, bəziləri adı olmadan, özləri görsənmədən Allah xatirinə kasıbların dərdini çəkərək bu gündə yaddan çıxanlara ət paylayır. Bəziləri isə hətta, o gündə də kasıbları yaddan çıxardır. Güya ki, qurban ətindən ehsan verir, amma süfrəsində əyləşənlər hamısı onun kimi qarnı tox, gündə ət yeyənlərdir. Kababın iyi məhəlləni basıb, bu isə qonşulara ət əvəzinə iyini dadızdırır. 

Deyirlər, Həzrət Əli (ə) hamının əti olmasaydı ət yeməzdi. Qurban bayramında hamının evində ət olduğu üçün o da ət yeyərdi.

İmam Rza (ə) yemək yeməyə başlamazadan qabaq böyük bir sinini süfrənin kənarına gətizdirər və süfrədə olan hər yeməyin yaxşısından götürüb siniyə qoyardı. Göstəriş verərdi ki, bunu ehtiyacı olanlara aparsınlar. Sonra Qurani-Kərimin “Bələd “sürəsinin (11 dən – 20 yə dək) ayələrini oxuyub, buyurardı: Allah-Taala hamının qul azad eləməyə qüdrəti olmadığını bildiyi üçün behiştə başqa bir yol da qərar vermişdir (Allah övlüyalarının kölgəsində s. 204).

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.