Cəmaləddin Əfqaninin dünyagörüşü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Cəmaləddin Əfqaninin dünyagörüşü
 
 » Elm və mədəniyyət » Dahilər » Cəmaləddin Əfqaninin dünyagörüşü

     
 
Elm və mədəniyyət » Dahilər: Cəmaləddin Əfqaninin dünyagörüşü
 
 
Müəllif: Zaur | 28 Noyabr 2009 | 13010 dəfə oxunub
http://zeka.az/187-cjmaljddin-zhfqaninin-dgnyaggrgeg.html

Cəmaləddin Əfqaninin dünyagörüşü

XIX əsrin 70-90-cı illərində müsəlman ölkələrində böyük hörmət sahibi olan Azərbaycan mənşəli mütəfəkkir C. Əfqani (1839-1897) islamın yenidən dirçəlməsi sonralar ona əlavə edilən və onun mahiyyətini təhrif edən, beləliklə də müsəlmanların geri qalmasına səbəb olan “yeniliklər”dən xilas etmək uğrunda mübarizə aparırdı.

Əfqani elm və dini bir-birinə qarşı qoyanları cahil və nadan adlandırırdı. O, qətiyyətlə deyirdi “dünyanın sultanı həmişə elm olmuş, elmdir və elm olaraq qalacaqdır...”

Əfqaninin fikrincə ağıl dinin dayağıdır, din isə kor-koranə inamın əleyhinədir. Ağılın təntənəsi üçün xalqın maariflənməsi tələb olunur. Xalqa müəllim və məktəb lazımdır. İslam elmi nəinki inkar etmir, əksinə onun inkişafına hər cür yardım göstərir.

Əfqani materialist dünyagörüşünə qarşı kəskin çıxış edirdi. O, yazırdı ki, bir çox tədqiqatçılar islam dünyasının süqutu və onun dağılmasının əsas səbəbini səlib (xaç) yürüşlərində axtarırlar. Lakin daha doğrusu odur ki, İslam dünyasını süqutu “din pərdəsi altında müsəlmanlar arasında müxtəlif yalan inanclar və birinci növbədə materialist dünyagörüşü yayıldığı dövrdən” başlayır. Ona görə də dini zəruri olaraq belə fikirlərdən azad etmək lazımdır.

Əfqani hesab edir ki, Quranın rasional təfsiri ideal cəmiyyətin və siyasi quruluşun əsaslarını başa düşmək imkanı yaradır. Ona görə də müsəlmanların mənəvi birliyini onların siyasi birliyindən üstün hesab edirdi.

C. Əfqani sübut edirdi ki, Quran tamamilə azadlıq bərabərlik və ədalət prinsipinə əsaslanır, bütün müsəlmanları tərəqqiyə çağırır. Quranın mahiyyətini düzgün başa düşmək və ona riayət etmək İslam dünyasının nicat yoludur. O, 18 dekabr 1891-ci ildə İngiltərənin “Mançestr Qardian”  qəzetinə musahibəsində demişdi: “Quranın həqiqi ruhu azadgahdır və həm də müasir fikirlərə uyğun gəlir. Indiki nizam-intizamsızlığın İslam qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil təfsirçilərin İslama etdikləri əlavələrdi. Tarixi təkamül və inkişaf onların bu səhfini islah edəcək. Demək, bir müsəlman ziyalısı və alimi Avropa demokratik məfkurəsinə tamam aşina olsa, o, Quranın təlimlərinə əsaslanaraq xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər” (Ş. Qurbanov, “Cəmaləddin Əfqani və türk dünyası”). C. Əfqani təəssüflə qeyd edirdi ki, İslam dini kamil bir din olsa da İslam dünyası hələ də təhrif olunmuş və pozulmuş məfkurədən (xurafatdan) xilas olmayıb. Lakin o, inanırdı ki, müsəlmanlar cəhalətdən mütləq azad olacaq və tərəqqi yoluna mütləq çıxacaqdır.

Əfqaninin fikrincə güclü və ədalətli hökmdarın hakimiyyəti dövlətin idarə edilməsi işində xalqın iştirakını təmin edən konstitusiya və parlament kimi təsisatlar ilə tənzimlənməlidir.

Fransanın məhşur Sarbonna universitetində mühazirə oxumaq üçün Parisə dəvət olunan C. Əfqani orada məşhur şərqşünas və din tarixçisi E. Renan ilə tanış olmuşdu. Renan yazırdı: “Təqribən iki ay əvvəl tanış olduğum Şeyx Cəmaləddin şəxsən məni öz təsiri altına almışdı. Onunla mən hər dəfə söhbət edəndə mənə elə gəlir ki, İbn Sina, İbn Rüşd və yaxud insanları əsarət zəncirindən qurtarmaq üçün çalışmış başqa Şərq dahilərindən biri ilə üzbəüz oturub söhbət edirəm”. “...İslam dininin fəlsəfi və elmi mahiyyətini mənə ən yaxşı izah edən Cəmaləddin Əfqani olmuşdur”.   

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 14)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.