İslamın qloballaşmada yeri və rolu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İslamın qloballaşmada yeri və rolu
 
 » Sağlamlıq » Psixologiya » İslamın qloballaşmada yeri və rolu

     
 
Sağlamlıq » Psixologiya: İslamın qloballaşmada yeri və rolu
 
 
Müəllif: Zeyneb | 30 Noyabr 2009 | 12926 dəfə oxunub
http://zeka.az/188-dslamdn-qloballaemada-yeri-vj-rolu.html

İslamın qloballaşmada yeri və rolu

          Yaşadığımız dövrdə “qlobalizm” anlayışı daha geniş yayılmışdır. Müasir mənada ilk dəfə bu termin 1983-cü ildə ingilis tədqiqatçısı Robert Robertson tərəfindən istifadə olunmuşdur.

          Azərbaycan kimi bir ölkə üçün bu məsələ daha aktualdır, çünki neft iqtisadi inkişaf şəklində gələcək “islahatların” həyata keçirilməsində sosial münaqişələrə səbəb ola bilər.

          XXI əsrin bu sürətlə cərəyan edən dövrü, bir-biri ilə münaqişə edən sistemlər meydana gətirmişdir. Bir yandan qloballaşma, mədəniyyət, digər tərəfdən qlobal terror, mənəviyyat və bununla birlikdə İslam dininin əhəmiyyəti – bütün bunlar, inkişafda olan dünyamızda çox ciddi şəkildə müzakirə edilir. Ümumiyyətlə, qloballaşmanın müasir dünyadakı dinlər və onların bir din kimi İslamla əlaqələri bir çoxları tərəfindən müxtəlif cür izah edilir. Azərbaycanda həm qloballaşma, həm də İslamla olan əlaqələr sahəsində hələ də ciddi tədqiqatlar aparılmamışdır. Buna görə də mənim üçün, eyni zamanda cəmiyyət üçün bu məsələyə hansı baxış tərzinin formalaşdığını müəyyən etmək asan məsələ deyil. Bu istiqamətdəki tədqiqatları bir yerə cəm edərək toplu halda yayımlamaq müsbət bir hadisədir. Müasir terminlərin izah edilməsi və başa düşülməsi istiqamətində atılan bütün addımlar alqışlanmalıdır. Elmi inkişaf məhz bununla mümkün olacaqdır. Azərbaycan bir cəmiyyət olaraq qloballaşmanı olduğu kimi dərk etməli və bunun üçün ən münasib variantlar seçilməlidir. Din kimi İslamın başa düşülməsi və qloballaşma ilə olan əlaqələrinin incələnməsi qlobal mənəvi-əxlaqi keyfiyyətlərin qorunmasında mühüm rol oynayacaqdır. Məqaləmdə qloballaşmanın, ümumulikdə din, xüsisi halda isə İslamla olan münasibətlərini incələməyə çalışacam.

          Qloballaşmanın ortaya çıxmasında əsasən üç əsas faktor əhəmiyyətli rol oynamışdır: İqtisadi inkişaf, siyasi güc və mədəni əlaqələr. 1- Bu faktorlara elm, təhsil və medianı da əlavə etmək olar. 2- Qloballaşmanın ortaya çıxdığı qərb dünyasındakı anlayış ilə İslam dünyasındakı anlayış bir-birindən çox fərqlənir. Buna görə də İslam dünyasında qloballaşma məfhumunun necə başa düşüldüyü, İslamla qloballaşma arasında oxşar və fərqli cəhətlərin müəyyən edilməsi gərəklidir. Qloballaşma qarşısına çıxan hər şeyi əhatəyə alır, heç bir şey onun təsirindən kənarda qala bilmir. Burada haqlı olaraq bir sual ortaya çıxır: “Qloballaşma insan həyatına hansı yenilikləri gətirmişdir?”  Fikrimcə, bu suala cavab versəm, həm qloballaşma, həm də din haqqındakı düşüncələr doğru şəkildə başa düşülər. Qloballaşma ilk olaraq insan həyatının sürətlə hərəkətini təmin etmişdir.

          Yer kürəsinə Allahın göndərdiyi ilk insan Həzrəti Adəm olmuşdur. Bəşəriyyət Həzrəti Adəmlə başlayaraq çox uzun mərhələlərdən keçmiş və günümüzə qədər gəlmişdir. Bu mərhələlərdə insanların müxtəlif inancları olmuşdur. Alimlər apardıqları tədqiqatlardan belə nəticəyə gəlmişlər ki, dinin tarixi bəşəriyyətin tarixindən qədimdir. Din – Allah tərəfindən peyğəmbərlər vasitəsilə ağıllı olan insanlara bu dünya və axirətdə düzgün yol tapmaları üçün göndərilmiş İlahi qayda-qanunlar toplusudur. Allahın göndərdiyi bütün elçilər onun vahid olduğunu söyləmişlər.

          Son İlahi din İslam və onun dəyərlərindən bəhs edərək, bu dəyərlərin qloballaşma ilə olan əlaqələrini izah edəcəm. İslam Allah tərəfindən göndərilən dinin adıdır. İslam barış deməkdir. İnsanlar arasında barış baş tutduğu zaman onlar bir-birini başa düşməyi və yola verməyi daha asan bacarırlar. İslam aləmində insanların toplanması, bir-birini başa düşməsi əhəmiyyətli bir mövzudur. Müsəlmanlar bir-birlərini görəndə ilk növbədə salam verirlər. Hansı ki, salam özü də İslam sözündən çıxmışdır. Bu, Quranda “Allah yanında İslamdan başqa bir din keçərli deyildir” şəklində ifadə olunmuşdur (Ali-imran surəsi, ayə 85). Bundan belə nəticəyə gəlmək olar ki, İslam Allah tərəfindən göndərilən bütün dinlərin içində ən kamil olanıdır. Beləliklə, həm yəhudilik, həm də xristianlıq insanlar tərəfindən dəyişdirilmədikləri halda elə İslamın özüdür. Demək ki, İslamın gətirdiyi əsasların ümumbəşəri olmasında heç bir şübhə olmamalıdır. İslam dininin əsas məqsədi insanın bu dünya və axirətdə xoşbəxtliyini təmin etməkdir. İslamın bəşəriyyətə gətirdiyi ən ümdə dəyərlərin başında əxlaq gəlir. Həzrət Muhəmməd (s)-da bunu təsdiq etmişdir: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Bundan əlavə İslam insanın ədalətli davranmasını tövsiyyə edir. İslam bununla da kifayətlənmir, insanın həyatının iqtisadi çətinliklərini nəzərə alaraq yeni bir sistem gətirir. Bu, İslam terminologiyasında zəkat adlanır. Zənginlərin mal-dövlətlərinin cüzi bir hissəsini ehtiyacı olanlara verməsi, sosial həyatın normal şəkildə təmin edilməsi üçün ən ideal metoddur. Buna Ramazan ayının fitrəsi parlaq misaldır. Unutmamalıyıq ki, heç nə və heç kim əbəs yerə yaradılmadığı kimi heç nə və heç kim də hesabatdan yəni hesab olunacağı gündən qaça bilməz. İslam bir din olaraq qaydasında olan müasirliyin əleyhinə deyil. Dərk edilmiş hər bir şeydə bir dərk olunma xüsusiyyəti var və o, Yaradanın nəyə qadir olduğunu göstərir. Yaradılmışa diqqət et ki, Yaradanı ağıl ilə dərk edə biləsən. Yol olmayan yerdə yol axtaran mütləq azar.

           Bu cür dinimiz olduğu halda vəsvəsəyə düşüb şeytana uymayın. Unutmayaq ki, istər keçmişdə, istər indiki dövrdə, istərsə də qloballaşma şəraitində İslam öz kamilliyində qalır. Doğru yol tutanlara salam olsun! (Taha surəsi, ayə 47) 

Psixoloq Zeynalova Zeynəb

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.