İdmana həvəsin yaradılması » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdmana həvəsin yaradılması
 
 » Sağlamlıq » İdman » İdmana həvəsin yaradılması

     
 
Sağlamlıq » İdman: İdmana həvəsin yaradılması
 
 
Müəllif: muslim | 1 Dekabr 2009 | 12930 dəfə oxunub
http://zeka.az/189-ddmana-hjvjsin-yaraddlmasd.html


İdmana həvəsin yaradılması

     Bütün işlərdə olduğu kimi idman sahəsində də həvəskarlıq və rəğbətin yaradılması mühümdür. Çünki çoxları idmana bir peşə, yaxud iş kimi baxır. Halbuki, biz idman və onun növlərini diqqətlə nəzərdən keçirsək görərik ki, idmanın əksər növləri insan bədəninin sağlamlığına xidmət edir. Sağlamlığımız isə həyatımızda mühüm rol oynayan amillərdəndir. Bəzi yeməklər, ekologiyanın çirklənməsi, atmosferdəki pozuntular, fərdi və ictimai həyatımızda olan sıxıntılar sağlamlığımızı təhlükə altına salır. Həkimlərin dediyinə əsasən idman növlərinin vasitəsi ilə yuxarıda sadaladığımız problemlərlə bağlı təsirləri aradan qaldırmaq olar. Elə ona görə də idmanı kütləvi şəkildə xalq içərisində yaymaq lazımdır. Ailədə valideynin hər səhər övladları ilə həyətdə yüngül idman etməsi, məktəbin həyətində dərslər başlanmazdan öncə müəllimlərin şagirdlərlə birgə idman etmələri, səhərlər bəzi teleradio verilişlərində idman proqramlarının yayımlanması, həftədə heç olmazsa bir dəfə dağ ətəyində və ya dəniz kənarında bədənimizin açılması üçün məşqlərin yerinə yetirilməsi təqdirə layiqdir. Sözsüz ki, kütləvi şəkildə keçirilən idman məşqlərində əxlaq normaları və milli-mənəvi dəyərlərimiz nəzərə alınmalıdır. Bəzi zərərli musiqi sədaları altında idman edilməsi, iffət və ismətimizi ayaqlar altına salaraq bəzi qadınların kişilərin qarşısında yarım çılpaq vəziyyətdə əl və ayaqlarını oynadaraq idman hərəkətlərini icra etmələri  yuxarıda qeyd olunanlara ziddir. Əlbəttə ki, biz qadınların idman etmələrinə qarşı deyilik, əksinə, bunu gələcəkdə ana olacaq gənc qızlarımız üçün sağlamlığa aparan bir yol kimi qəbul edirik. Sadəcə olaraq bəzi idman növlərinin və hərəkətlərinin elmi-mənəvi dəyərlərimizə əsasən qadınlarımıza yaraşmadığını və zərifliklərinə uyğun gəlmədiyini xatırlatmaq istəyirik. Allahdan arzu edirik ki, Allah bizi və ətrafımızda olanları düzgün və əxlaqi şəkildə öz sağlamlıqlarını qoruyanlardan qərar versin!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.