Cənub bölgəsində tapılmış Cəlairilər dövləti sikkələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Cənub bölgəsində tapılmış Cəlairilər dövləti sikkələri
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Cənub bölgəsində tapılmış Cəlairilər dövləti sikkələri

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Cənub bölgəsində tapılmış Cəlairilər dövləti sikkələri
 
 
Müəllif: Mais | 1 Dekabr 2009 | 13134 dəfə oxunub
http://zeka.az/190-cjnub-bglgjsindj-tapdlmde-cjlairiljr-dgvljti-sikkjljri.html

 

Cənub bölgəsində tapılmış Cəlairilər dövləti sikkələri

Məqalədə Cənub bölgəsinədə tapılmış Cəlairilər dövlətinə mənsub sikkə dəfinələri ilk dəfə tədqiq edilərək elmi dövriyyəyə cəlb olunmuşdur.

Dəfinənin XII-XIV əsrlərdə mövcud olmuş Dərbəndlə Sultaniyyəni birləşdirən iri ticarət karvan yolunu kəsən Lənkəran çayının kənarında tapılması da təsadüfi deyildir. Belə ki, çayın yatağında tapılmış qeyd olunan dövrə aid saxsı parçaları, gəmi lövbəri sübut edir ki, daxili və xarici ticarətdə adı çəkilən çaydan gəmiçilik üçün istifadə edilmişdir. Tapılmış dəfinələr ucqar rayonların əmtəə-pul münasibətlərinin öyrənilməsində qaynaq rolunu oynayır.

Azərbaycan ərazisində aşkara çıxarılmış və elmi dövriyyəyə daxil edilmiş numzmatik materiallar Azərbaycan tarixinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Onlar hər hansı bir bölgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri və mədəni səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir.

2004-cü ilin martında Masallı rayonunun Mahmudavar kəndinin “Səğombə” məhəlləsində torpaq işləri zamanı saxsı qabın içərisində gümüş sikkələrdən ibarət dəfinə aşkar edilmişdir. Dəfinənin tərkibi, tapıldığı şəraiti və qalan 17 sikkəylə tanışlıqdan sonra onun elmi təyinatı müəyyən olunmuşdur.

Qeyd olunmalıdır ki, Şeyx Həsən Cəlairinin 1340, 1641 və 1344-cü illərdə Azərbaycanı ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnmişdi. 1356-cı ildə Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır.

2004-cü ilin 5 sentyabrında Lənkəran rayonunun Sütəmurdov kəndində həyatyanı sahədə aparılan qazıntı zamanı 80 sm dərinlikdə saxsı qabda gümüş sikkələr aşkar edilmişdir. Üstündən bir müddət keçəndən sonra həmən sikkələrdən 8-nə baxış keçirilmiş araşdırmalar nəticəsində məlum olmuşdur ki, sikkələrin 8-i də Cəlairi hökmdarı Sultan Hüseynin (h.t. ilə 776-784; 1374-1382) adına kəsilmişdir.

Biz yuxarıda qeyd olunmuş sikkənin zərb olunma və yerə gömüldüyü ili nəzərə alsaq ki, üçüncü cəlairi hökmdarı I Hüseynin hakimiyyət illəri tarixi ilə 776-784-cü illəri əhatə edir, onda görərik ki, qeyd olunan sikkə 780-784-ci illərdə Astarada zərb olunmuşdur. İkinci sikkənin üzərində zərb olunma tarixixnin üçüncü rəqəminin olması bir daha təsdiqləyir ki, dəfinə hicri tarixi ilə 783-cü ildən gec, 784-cü ildən isə tez olmayaraq yerə gömülmüşdür.

Araşdırılan Sütəmurdov dəfinəsinin 4 sikkəsi Astara və Mahmudavar dəfinəsinin 3 sikkəsi Təbriz, Arran, Bağdad zərbxanalarını təmsil edirlər.

Mahmudavar və Sütəmurdov dəfinələrinin numizmatik faktları təkcə mədəniyyət, incəsənət, metalişləmə, metal emalı, sənətkarlıq, texniki tərəqqi abidələri deyil, həm də siyasi amil kimi əhəmiyyətlidir. Belə ki, bəhs olunan dövrdə Azərbaycan vilayətinin sərhədləri, bu gün ermənilər tərəfindən təkzib edilərək torpaqlarımıza qarşı əsassız iddialar irəli sürürlər. Onlar Arran ərazisinin ermənilərə məxsus olduğunu və bəzən də Ermənistanın şərq sərhədlərinin Xəzər dənizinə kimi uzandığı vurğulayırlar. Lakin, Mahmudavar dəfinəsinin 16-cı sikkəsi, orta əsr müəlliflərinin “Nəşava-Azərbaycanda və bəzilərinin dediyi kimi Arranda şəhərdir… Arran və Muğan əyalətlərinin iqlimi isti və rütubətlidir. Onlar Ermənistan, Azərbaycan və Xəzər dənizi ilə sərhədlənirlər” kimi məlumatları ermənilərin tarixi saxtalaşdırmağa cəhd etdiklərini üzə çıxardır.

Cəlairilərin adından Bağdad, Mosul, Sultaniyyə, Ala-Kir, Bazar, Qaraağac, Xoy, Xabusan, Quştəsfi, Sərab, Marağa, Həmədan, İribil,Van, Qəzvin, Ərdəbil, Ani, Hiylə, Bəsrə, Şiraz, İdadc, Savə, Tusan, Vəstan, Şərur, Naxçıvan, Astara, Bərdə, Gəncə, Arran, Tiflis zərbxanalarında müxtəlif ölçüdə və vəzndə sikkələr zərb olunmuşdur.

Azərbaycan Respublikasının ərazisində XIII-XIV əsrlərə aid edilən sikkələrin tapıldığı yerlərin xəritəsini tərtib edərkən Cəlairilər dövlətinin sikkələrinin 15 məntəqədə aşkarlandığını qeyd etmişdir. Həmin xəritəyə görə Sütəmurdov kəndində tapılmış Cəlairilər dövlətinin sikkələri, Lənkəran ərazisində adı çəkilən dövlətə aid edilən və qeydə alınan ilk dəfinədir. Sütəmurdov dəfinəsinin əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, dəfinə XIII-XV əsrlərdə mövcud olmuş Dərbənd, Şabran, Şamaxı, Mahmudabad, Varsan, Ərdəbil, Xalxal, Zəncan, Sultaniyyəni birləşdirən iri ticarət karvan yolunu kəsən Lənkəran çayından bir qədər kənarda aşkar edilmişdir. Çayın yatağında tapılmış qeyd olunan dövrə aid saxsı parçaları, gəmi lövbəri bu mülahizəni birdaha sübut edir. Bu da onu göstərir ki, daxili və xarici ticarətdə adı çəkilən çaydan gəmiçilik üçün istifadə olunmuşdur. Bu keyfiyyət bir tərəfdən ucqar rayonların əmtəə-pul münasibətlərindən kənarda qalmadığına dəlalət edir. Digər tərəfdən cəlairi sikkələrinin ölkədə həm dövriyyə vasitəsi, həm də yığım və tədavül vasitəsi rolunu oynadığını göstərir.

Mais Cəfərov

Məlumatdan istifadə etdikdə istinad zəruridir!






Xəbəri dəyişən: zaur - 3 Dekabr 2009
 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.