Həm oxumaq, həm yazmaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Həm oxumaq, həm yazmaq
 
 » İstirahət » Lətifələr » Həm oxumaq, həm yazmaq

     
 
İstirahət » Lətifələr: Həm oxumaq, həm yazmaq
 
 
Müəllif: Muslim | 2 Dekabr 2009 | 13961 dəfə oxunub
http://zeka.az/191-hjm-oxumaq-hjm-yazmaq.html

 

Həm oxumaq, həm yazmaq

    Müəllim sinifdə şagirddən soruşur: - De görüm niyə ev tapşırıqlarını yazmamısan? Şagird: - Bağışlayın, anamın əli sınmışdı.    

   Şagirdlərin dəsrslərində zəif olduğu cəhətlərdən biri də onların oxumağı bacarmaları, lakin yazmağı bacarmamalarıdır. Belə ki, bəziləri yazı işlərində öz sinif yoldaşlarına üz tuturlar. Hətta sadə bir inşanı ya imlanı yazmaq üçün yanındakı, ətrafındakı sinif yoldaşlarından gizlicə köçürürlər və müəllimlər də yazıları yoxlayanda kimin-kimdən köçürdüyünü eyni səhvlərə baxıb tez başa düşürlər. Belə tələbələr böyüdükdən sonra da sadə bir məktubu ya arayışı, hətta öz tərcümeyi-halını yazmaq üçün başqalarına müraciət edirlər. Halbuki, onların oxumaqda problemləri yoxdur, yazmaqda isə zəifdirlər. Dediyimiz problemin başqa bir forması yazı xəttinin səliqəli olmamasıdır. Yəni yazmağı bacarsa da elə kobud (bir hərfi böyük, bir hərfi balaca) yazır ki, xəttini oxumaq qeyri-mümkün olur. Təbiidir ki, yazı müəllifi də çatdırmaq istədiyi fikri oxucuya çatdıra bilmir.

   Bunun da başlıca səbəbi məktəb illərində oxumaqda çalışdıqları kimi yazı işlərində çalışmamaqlarıdır. Əziz müəllimlər də şagirdlərin yazmaqlarına oxumaqları kimi diqqətlə yanaşmalıdırlar. Valideynlər də uşaqlarına yazı işlərində əgər bacarırlarsa kömək göstərməlidirlər. Amma əgər özləri də yazı xəttində zəifdirlərsə bu işi başqalarına həvalə etməlidirlər. Unutmayaq ki, yazmağı bacarmaq oxumaq kimi hər bir kəsin lazım olan məsələlərindəndir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.