Şəms Təbrizi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Şəms Təbrizi
 
 » Elm və mədəniyyət » Dahilər » Şəms Təbrizi

     
 
Elm və mədəniyyət » Dahilər: Şəms Təbrizi
 
 
Müəllif: Zaur | 3 Dekabr 2009 | 14005 dəfə oxunub
http://zeka.az/192-ejms-tjbrizi.html

Şəms Təbrizi

          Əsil adı Muhəmməd ibni Əli ibn Məlikdad olub. Məşhur ləqəblərindən biri isə Şəmsəddin yəni “Dinin günəşi”, digəri isə Mürşüdi Kamil yəni “kamil mürşid” ləqəbidir. 1186-cı ildə Təbrizdə anadan olmuşdur. Buna görə də bölgənin adı ilə tanınmışdır. İlk təhsilini də Təbriz şəhərində almışdır. Qeyri – adi fiziki gözəlliyi ilə seçilən Şəms Təbrizi (“Təbrizin günəşi”) öz dövrünün alimlərindən olan Əbubəkr Sələbah Təbrizi, Əvhəddin Kirmani və Mühiddin Ərəbi kimi mütəfəkkirlərdən dərslər almışdır. Ailəsi barədə dəqiq məlumat yoxdur. Təsəvvüfün “qənədəriyyə” və “fütuvvə” xanəgahlarına meyilli olub. Özünün çoxlu müridləri olmuşdur. Onlar arasında Rükunəddin Səcasi və başqalarıda vardı. Deyilənə görə həmişə qara rəngli keçə paltar geyərmiş. Daxilən mənəviyyatın yüksək pilləsinə çatmış bu şəxs bir çox səfərlər etmişdir. Çoxlu səfərlərinə görə “Şəmse pərənde” (“Uçan Günəş”) ləqəbini almışdır. Səfərlərinin birində yəni 1244-cü idə Anadoluya gəlir və Cəlaləddin  Rumi ilə görüşür. Bu vaxt Şəmsin 60 yaşı vardı. Onların bu görüşünü “Mərc əl-Bəhreyn” (iki dənizin qovuşması) kimi adlandırmışlar. Bu görüşdən sonra Cəlaləddin ona bağlandığını görən Şəms Konyada qalmalı olur. Mövlana, vaxtının çox hissəsini Şəmslə keçirdiyindən, xalqla əlaqəsi zəifləyir və hətta dərslərdə də iştirak edə bilmir. Buna görə də Cəlaləddin Ruminin müridləri arasında narahatçılıqlar yaranır. Bu səbəblərə görə özünə düşmən qazanmış Şəms bir neçə dəfə Konyanı tərk etsədə hər dəfə Mövlananın xahişi ilə qayıtmalı olur. Şəms Təbrizi 1247-ci ildə növbəti dəfə Konyaya gəldiyi zaman yolda, ona düşmən olan Mövləvinin müridləri tərəfindən öldürülür. Bir çox mənbələrə görə şairin ikinci oğlu Əlaəddinin vasitəsilə öldürülmüş və quyuya atılmışdır. Sonralar isə cəsədini Sultan Vələd aşkar etmiş və dəfn etmişdir. Cəlaləddin Rumi ilə Şəms Təbrizinin qəbrləri yan-yanadır. Şəms Təbrizinin özünün yazdığı heç bir əsəri məlum deyil. Konyada etdiyi söhbətlər zamanı yazıya alınmış və çap edilmiş “Məqalati-Şəms Təbrizi” əsərinin bir hissəsini isə Cəlaləddinin oğlu Sultan Vələd qələmə almışdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.