Əxlaqsızlığın müalicəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Əxlaqsızlığın müalicəsi
 
 » Din » Əxlaq » Əxlaqsızlığın müalicəsi

     
 
Din » Əxlaq: Əxlaqsızlığın müalicəsi
 
 
Müəllif: Abdullah | 4 Dekabr 2009 | 12561 dəfə oxunub
http://zeka.az/194-zhxlaqsdzldddn-mgalicjsi.html

          Allaha ibadət edin və heç nəyi ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin!  Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz! (Ən-Nisa ayə 36)

ƏXLAQSIZLIĞIN MÜALİCƏSİ

          Əxlaqi pozğunluğun müalicəsi üçün əxlaq alimləri tərəfindən məsləhət edilən ən yaxşı dərman insanın gördüyü pis əməlləri göz önünə gətirməsi və onun xilafına mərdcəsinə əks-istiqamətdə əzm göstərməsidir. Əxlaqi cəhətdən əziyyət çəkən insan bir müddət öz alçaq və bəyənilməyən istəklərinin əksinə davranmalı və Allah-Taaladan yardım istəməlidir ki, bu mübarizədə ona köməkçi olsun. Şübhəsiz ki, çox keçmədən bu çirkin xüsusiyyət aradan qalxar. İnsan qəflət yuxusundan ayılmalı, hələ dünyada ikən fürsəti qənimət bilməlidir. Nə qadər ki, ömrü sona çatmayıb, gəncliyi və qüvvəsi tükənməyib özünə çarə aramalıdır.

          İnsanın həlakına və qəbr sıxıntısına səbəb olan, onu hər iki dünyada əzaba uğradan pis xüsusiyyətlərdən biri də insanın öz ailəsi, qonşuları, dost və qohumları, ümumiyyətlə, ətrafdakılarla pis və əxlaqsız rəftar etməsidir ki, bu da qəzəb və şəhvətin çoxluğundan doğur. İmam Sadiq (ə) buyurur: “Allah-Taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin. Sonra onlardan onunu saydı: Əminlik, qənaət, səbr, şükür, dözümlülük, xoşxasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik”  (Əmali Şeyx Səduq, səh. 118, hədis 8)

          Öz əxlaq və nəfsi ilə mübarizə aparmaq istəyən insanın əməl etməsi vacib olan işlərdən biri də müşaritə, müraqəbə, mühasibədir. Müşaritə - insanın hər hansı bir günün başlanğıcında bu gün Allah-Taalaya qarşı müxalifət etməyəcəyinə dair özü ilə şərtləşməsi və ciddi qərar qəbul etməsidir. İnsan Allahla günah etməyəcəyini və əxlaqsızlıqdan uzaq olacağını şərt etdikdən sonra müqaribəyə üz tutmalıdır. Müraqibə odur ki, insan kəsdiyi şərti bütün müddət ərzində qorumalı və bunu yerinə yetirməkdə özünü borclu bilməlidir. Əgər Yaradanın əmrinin əksinə bir iş görmək könlündən keçərsə bilsin ki, bu şeytanın vəsvəsəsidir, onu öz qarşısına şərt qoyduğu yoldan çəkindirmək və geri qaytarmaq istəyir. Bu yolda çox ciddi və dönməz olmalıdır ki, atdığı əxlaqi addımlar boşa çıxmasın. Əgər müqaribəni gün ərzində qoruyub saxlasa o zaman mühasibənin vaxtıdır. Mühasibə odur ki, insan gərək hər axşam özünə hesab verə ki, Allahla şərtləşdiyi məsələlərə riayət etdinmi? Cüzi də olsa, lütfkar Allaha xəyanət etdinmi? Əgər doğrudan da vəfa edibsə buna görə Allaha şükür etməli və bilməlidir ki, bir addım irəlidədir. İlahi nəzər altına düşüb. Artıq Allah inşallah dünya və axirət işlərinin də irəliləməsi üçün ona yol göstərəcək, beləcə sabahkı işi daha da asanlaşdıracaqdır. Əgər hər hansı bir insan yuxarıda deyilən şərtlərə riayət etsə ümüd edilir ki, bu iş onun üçün adi, rahat və asan olar. Əgər belə olsa bu dünyanın mükafat verici olmamasına, eləcə də əziyyətli bir aləm olmasına baxmayaraq, bu dünyada Allaha itaət etmək və günahlardan çəkinməkdən ləzzət alacaq və İlahi mükafat işə qarışandan sonra ləzzət içində qərq olacaq. İnsan gərək bilə ki, Allah-Taala ona ağır təkliflər verməmiş öhdəsindən gələ bilməyəcəyi və yerinə yetirilməsi mümkün olmayan, eləcə də gücü çata bilməyəcəyi işləri ona yükləməmişdir. Əgər Allah göstərməsin mühasibə əsasında qarşılaşdığı çətinliklərdə süstlük göstərsə Allahdan üzr diləməlidir və artıq sabah üçün şərtləşdiyi kimi əməl edəcəyinə dair yenidən söz verməlidir və o qədər o halda qalmalıdır ki, Allah-Taala tofiq və səadət qapılarını onun üzünə açsın və onu insanlığın doğru yoluna çatdırsın, inşallah.

          İlahi, Qiyamət günündə o böyük həsrətdən, o böyük müsibətdən, ən ağır bədbəxtlikdən və aqibətdən, savaba ümüdsiz olmadan və əzabın nazil olmasından sənə pənah aparırıq!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.