Müsahibimiz dini ekspert – hafizi Quran Seyyid Cəfərdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz dini ekspert – hafizi Quran Seyyid Cəfərdir
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz dini ekspert – hafizi Quran Seyyid Cəfərdir

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz dini ekspert – hafizi Quran Seyyid Cəfərdir
 
 
Müəllif: Elirza | 6 Dekabr 2009 | 12781 dəfə oxunub
http://zeka.az/196-mgsahibimiz-dini-ekspert-v-hafizi-quran-seyyid-cjfjrdir.html

Müsahibimiz dini ekspert – hafizi Quran Seyyid Cəfərdir

 

          Qədir-Xum bayramı münasibəti ilə sizi və o cümlədən bütün Əhli-beyt sevər müsəlmanlarını Zeka.az saytı heyəti adından ürəkdən təbrik edirik.

 

          Sual: İlk sualımız Qədir-Xum bayramının İslamda nə qədər önəm daşıması barədədir. Mümkünsə bu barədə bir neçə kəlmə deyərdiniz.

          Cavab: Qədir-Xum bayramının nə qədər önəm daşıdığını t‎əyin etmək  üçün Qurani-Kərimdə və hədislərdə ona baxmaq lazımdır:

          «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» (Maidə surəsi, ayə 67)

          “Əgər dediyimi çatdırmasan, elə bil risaləti çatdırmamısan” – məsələsi vilayətə aiddir. “Əl-Mizan” təfsirində deyilir ki, İslamın dəyəri vilayətdir; İslamın dəyəri onu qorumaqdır. 

          Sual: İslamda Qədir-Xum hadisəsinin fəlsəfi əhəmiyyəti barədə açıqlama verəydiniz.

          Cavab: İslam tövhid dinidir, həyat məfhumunda Allah hər şeyə nəzarət edir və hər şey də Ona bağlanmalıdır: ruzi verən, şəfa verən, öldürən, həyat verən və s. Allahdır. Allah şəriəti təyin etməlidir: namaz, həcc, cihad, xums, zəkat və s. hətta, yemək qaydalarını belə. Əgər Allah hər şeyə müdaxilə etməlidirsə bəs necə olur ki, vilayəti və xəlifəliyi səhabə təyin etməli olur? Qədir-Xumda Əlinin (ə) xəlifəliyini qəbul etməmək tövhidi yarımçıq qəbul etməkdir.

          Sual: Əgər Peyğəmbər (s)-in Qədir-Xum çölündə dedikləri baş versəydi İslam dünyasında nə kimi dəyişikliklər olardı?

          Cavab: İslam ideal həyat proqramı adlandırılır. Dünya ilə başlayır və əbədi davam edir. Əgər Peyğəmbər (s)-in Qədir-Xumda söylədiklərinə tam riayət olunsaydı ən azından beş məzhəb olmazdı”. Həzrət Əli (ə)-ın sözü ilə desək: “Qiyamətədək bədbəxt adamlardan başqa heç kim əxlaqsızlıq etməzdi”. Deməli, yarım əsrə dünyanı elm və mədəniyyətlə bürüyən İslam tam yayılar və heç bir problem də qalmazdı.

          Sual: Gənclərimizin zəka və təfəkkürlərinin formalaşmasında müqəddəs Qədir-Xumun nə kimi rolu vardır? 

          Cavab: Əgər gənclərimiz Qədir-Xum hadisəsini diqqətlə araşdırsalar gənclərə çox böyük təsiri olar. O hadisədə Peyğəmbər (s) birbaşa mətləbə keçmədi, orada yığışanlara, xüsusilə, gənclərə mətləbi birbaşa açmadı. Namazın vaxtını gözlədi, xütbə oxudu, Peyğəmbər (s) əmmaməsini başından götürüb Əlinin başına qoydu, həzrət Əlinin (ə) əlini qaldırdı və sonda onu təsdiq etdi. Peyğəmbər (s)-ın təmkin və səbrlə bu işləri görməsi müsəlmanların dinə və onun hökmlərinə diqqət və əhəmiyyət vermələri üçün idi. Deməli, müsəlman olmaq asan, bu adı həqiqi mənada qoruya bilmək isə böyük zəhmət tələb edən bir işdir. Bunu bacaran gənc təqdirə layiqdir.

 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.