Yüksək oktanlı təyyarə benzini » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yüksək oktanlı təyyarə benzini
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yüksək oktanlı təyyarə benzini

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Yüksək oktanlı təyyarə benzini
 
 
Müəllif: Zaur | 8 Dekabr 2009 | 12859 dəfə oxunub
http://zeka.az/199-ygksjk-oktanld-tjyyarj-benzini.html

Yüksək oktanlı təyyarə benzini

Yüksək oktanlı təyyarə benzini 1942-ci ildə azərbaycanlı alim Yusif Məmmədəliyev tərəfindən ixtira edilmişdir. O, benzolu propelinlə alkilləşdirmək yolu ilə izoprobilbenzolun sintezi üsulunu işləyib hazırlamış, aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail olmuşdu. Məhz bunun sayəsində 1943-cü ilin qışından müharibənin axırınadək İL-2 və LA-5 sovet qırıcı təyyarələri havada hakimlik etməyə başladı.

12 il sonra – 1954-cü il noyabrın 19-da Yusif Məmmədəliyev başqa bir misilsiz ixtirası ilə dünya elminə yeni töhfə verdi. Onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxdı, ballistik raketlər quyulara endirilib Qərbə tuşlandı, dünyada ilk dəfə 1957-ci il oktyabrın 27-də sovet süni peyki çəkisizliyə çatdı. Bütün bunları nəzərə alaraq Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif etmişdilər. Əslində, Nobel komitəsinin tövsiyisinə görə, alimlər öz təkliflərini açıqlamamalı, heç bir məclisdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün də bundan xəbəri olmamalıdır. Ancaq totalitar sovet rejimində bu, mümkün deyildi. Odur ki, məsələ 1957-ci il dekabrın 29-da Sov. İKP MK Siyasi Bürosu iclasında müzakirə edildi. Baş katib N. S. Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlinir. Elə bu zaman qəflətən iclasa ünvanlanmış bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A. Şepilovun məktubda yazılanlara qəti etirazından sonra A. Mikoyan çıxış etdi və məktubun müəlliflərinə haqq qazandırdı. Beləliklə, üç vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizəd irəli sürülməsi baş tutmadı.  

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.