|
Əqlin qəlbə nisbəti – evin ortasında olan çıraq misalındadır. (Muhəmməd Peyqəmbər s. ə. )
Hər kəsin cövhəri əqildir, əqli olmayanın dini olmaz . (Muhəmməd Peyqəmbər s.ə. )
Allah-Təala bəndələri ücün əqildən daha üstün bir şey ayırmamışdır . ( Muhəmməd Peyqəmbər s.ə.)
Ağıllı adamın yuxusu, cahilin oyaq qalmasından daha üstündür . (Muhəmməd Peyqəmbər s.ə. )
Ağıllı adam qocaldıqda əqli cavanlaşar, cahil isə qocaldıqda –cəhaləti cavanlaşar . ( Həzrəti Əli (ə))
Ağllı adam öz etdiyi əməlinə , cahil adam isə öz uzun –uzadı arzularına söykənər. (Həzrəti Əli (ə))
Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər, amma vəzifəli şəzslər müdrük adama möhtacdır. (M.Ş. Vazeh )
İrəli getmək ücün tez-tez geriyə dönün, yoxsa haradan çıxdığınız və haraya gedəcəyinizi unudarsınız .(Z.N. Andreyev)
Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşırəvan )
Döyüşdə silah lazım olduğu kimi, həyatda da bilik lazımdır .(İ.İ. Russo)
|