Din insanların yaşamaq və fəaliyyət göstərməsini tənzimləyən konstitusiyadır.
Əsrlər boyu insanların, xalqların dinə məxsus olması deməyə imkan verir ki, din insan orqanizminin psixoloji və bioloji əsaslarında da mövcüd olur.
Din–Böyük Allah tərəfindən insanlar üçün yaradılan, insanların, xalqların psixoloji yollarının , mənəviyyatlarının əxlaqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olan, yaşamaq və fəaliyyət xüsusiyətlərini tənzimləyən, fundamental mənəvi və sosial əsaslara malik təkmilləşmiş yaşam tərzi, mükəmməl davranış formasıdır.