|
Heç kəsə gizli deyil ki, dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər bəxş edən ədəbiyyatlardan biri də Azərbaycan ədəbiyyatıdır. Bu gün dünyanın müxtəlif yerlərində Azərbaycanı hərə bir şəkildə tanıyır (mümkündür biri II dünya müharibəsində olan generalları ilə, başqa birisi elm əhlindən olan alim və akademiklərlə). Tarixin ən ağır döyüş səhnələrini araşdıran bəzi insanlar Azərbaycanı məharətli döyüşçüləri və generalları ilə, elm sahəsində araşdırma aparanlar Azərbaycanı alimləri və akademikləri ilə, din sahəsində araşdırma aparanlar Azərbaycanı böyük müctəhid və dini alimləri ilə, şer – poeziya sahəsində araşdırma aparanlar Azərbaycanı Füzuli, Nizami, Nəsimi və s. ilə tanıyırlar.
|