İdmançılar xalq arasında yüksək ehtirama malikdirlər. Xüsusilə də ölkə daxili yaxud xarici yarışlarda (çempionatlarda) medal və qələbə qazanmış idmançılar. Onların qazandıqları qələbə, adlarının xalq arasında məşhurlaşmasına zəmin yaratmışdır. Hətta idmana məhəbbəti olmayan şəxs də heç olmasa xəbərlərə baxdıqda idman xəbərlərində ya xəbər başlıqlarında həmyerlisindən birinin dünya səviyyəsində milli himnimizin çalınmasının müşayətilə vətənimizin bayrağını qaldırdığını görmüşdür. Doğrudan da idmançı üçün o andan üstün heç nə yoxdur. Hər bir idmançının arzusu o zirvəyə çatmaqdır.