Ər-arvad arasında rabitənin nə qədər təsirə malik olduğu bu rabitəyə zərbə dəydiyində daha da aydın müşahidə olunur. İnsanda stres yaradan şiddətli hadisələr içərisində ailənin dağılması nəticəsində yaranan stres daha dəhşətli olur. Belə ki, həyat yoldaşının ölümü 100%, boşanma 73%, həyat yoldaşından uzunmüddət ayrı qalmaq 65%, cinsi problemlər 39%, ailə münaqişəsi ilə yaranan əsaslı dəyişkənlik 35% öz ardınca ciddi problemlər gətirir. Bu göstərici həyatın digər problemləri ilə müqayisədə daha yüksəkdir. Çətinlik zamanı ən yaxşı yollardan biri qadınla kişi arasında razılaşmanın mövcudluğudur və ictimaı məsələlərin nizama salınmasında da ər-arvad bir-birinə ən yaxşı dəstək ola bilər. Quran ər-arvad münasibətlərini libasla müqayisə edib deyir ki, “siz bir-birinizə örtüksünüz”. Libas insanın eyb yerlərini örtdüyü kimi ər-arvad da bir-birinin eyblərini örtməlidir, libas insanı soyuqdan qoruduğu kimi ər-arvad da çətinlik zamanı bir-birini qorumalıdır.