«Donuz qripi» nədir?
«Donuz qripi» donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda qrip yaradan virusdan fərqlənir. Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. «Donuz qripi»nin adamdan adama keçməsi də olduqca nadir fenomen sayılır. Əvvəllər də «donuz qripi» epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda dünyada yayılan virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.
|