Sual: -Zəka Quranda hansı anlamda işlənmişdir?
Cavab:- Zəka Qurani Kərimdə paklıq və təmizlik mənasında işlənmişdir, lakin bizim dilimizdə təfəkkür və düşüncə mənasını verir. Ərəb dilindəki zəka sözü ilə Azərbaycan dilindəki zəka sözü arasındakı bağlılığı belə əlaqələndirmək olar: Düşüncə və təfəkkürün məhsulu olan zəka. Ərəb dilində işlənən zəkat sözü mal-dövlətin, məhsulun zəkatına aiddir. Ağlın, təfəkkürün zəkatı isə zəkadır. Quranda zəka sözünün sinonimi əql, lub, nuha və s. sözlərdir. Lub bir şeyin əslinə deyilir. Allah Quranda ağıllı insanlara “Lub ulul-əlbab” deyə müraciət edir. Zəkalı insanlar bütün hərəkət tərzində bir əslə, bir həqiqətə söykəndikləri üçün “ulul-əlbab”, yəni ağıllı, zəkalı insanlar adlanırlar. Nuha isə çəkindirmək mənasında gəlir. Düşüncəli insan yaşadığı həyatda öz zəkası sayəsində müəyyən işləri görmək üçün addımlar atırsa həyatında çəkinməli olan bəzi işlərdən də ağılın göstərişinə əsasən çəkinir.