Bu yaxınlarda yeni dərs ili ilə bağlı dostlarla oturub bəzi məsələlərlə bağlı söhbət edirdik. Aramızda bir nəfər özünün orta məktəbdə oxuyarkən sinif yoldaşlarının biri ilə bağlı baş vermiş maraqlı bir xatirəni danışdı. O, bununla sinifdə zirək-huşlu ya kütbeyin sagirdlərin müəllimlər tərəfindən tanınmasının zəruriliyini misal vurdu: ”Bir gün müəllim sinifimizdə bizimlə oxuyan birindən soruşdu ki, 2 üstə əlavə gəl 2 neçə olar? O, hamımızın düşündüyünün əksinə olaraq (4 əvəzinə) 22 deyə cavab verdi. Uşaqların gülməsinə baxmayaraq müəllim onun düzgün cavab verdiyini söylədi. Cünki o bir baxımdan düzgün cavab vermişdi. O sualda deyilən “üstə gəl ya əlavə et” kəlməsindən “ikinin yanına iki qoysan, hansı ədəd alınar?”ı başa düşmüşdü. Müəllim də ona görə nəinki, onun düzgün cavab verdiyini, hətta şagirdin iti zehinli olub gələcəkdə yüksək elmi nəaliyyətlər əldə edəcəyini vurğuladı. Belə də oldu, sonralar o uşaq sinifimizdə ən yaxşı dərs oxuyan uşaqlardan biri olub öz həyatında yüksək mərtəbələrə qalxdı“.