XXI əsrin bu sürətlə cərəyan edən dövrü, bir-biri ilə münaqişə edən sistemlər meydana gətirmişdir. Bir yandan qloballaşma, mədəniyyət, digər tərəfdən qlobal terror, mənəviyyat və bununla birlikdə İslam dininin əhəmiyyəti – bütün bunlar, inkişafda olan dünyamızda çox ciddi şəkildə müzakirə edilir. Ümumiyyətlə, qloballaşmanın müasir dünyadakı dinlər və onların bir din kimi İslamla əlaqələri bir çoxları tərəfindən müxtəlif cür izah edilir. Azərbaycanda həm qloballaşma, həm də İslamla olan əlaqələr sahəsində hələ də ciddi tədqiqatlar aparılmamışdır. Buna görə də mənim üçün, eyni zamanda cəmiyyət üçün bu məsələyə hansı baxış tərzinin formalaşdığını müəyyən etmək asan məsələ deyil. Bu istiqamətdəki tədqiqatları bir yerə cəm edərək toplu halda yayımlamaq müsbət bir hadisədir. Müasir terminlərin izah edilməsi və başa düşülməsi istiqamətində atılan bütün addımlar alqışlanmalıdır. Elmi inkişaf məhz bununla mümkün olacaqdır. Azərbaycan bir cəmiyyət olaraq qloballaşmanı olduğu kimi dərk etməli və bunun üçün ən münasib variantlar seçilməlidir. Din kimi İslamın başa düşülməsi və qloballaşma ilə olan əlaqələrinin incələnməsi qlobal mənəvi-əxlaqi keyfiyyətlərin qorunmasında mühüm rol oynayacaqdır. Məqaləmdə qloballaşmanın, ümumulikdə din, xüsisi halda isə İslamla olan münasibətlərini incələməyə çalışacam.