İslam İnkişaf Bankı (İİB) tərəfindən Elm və Yüksək Texnologiya sahəsində Təqaüd proqramının həyata keçirilməsi planlaşdırılır
Proqram çərçivəsində doktorantlara və gənc alimlərə elmi və texnoloji sahələrdə tədqiqat aparmaq məqsədilə qrantlar ayrılır. Qeyd edək ki, 1991-ci ildən etibarən bu proqram üzrə 48 ölkədən 470 gənc alimin tədqiqat işi maliyyələşdirilib.
Təqaüd Proqramı doktorant və gənc alimlərə Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Avstraliya, eyni zamanda, Asiyanın inkişaf etmiş ölkələrində təhsil almaq və tədqiqat aparmaq imkanı verir. Qrant təhsil, yaşama, tibbi sığorta və aviabilet də daxil olmaqla bütün xərcləri əhatə edir. Doktorantlara həyat yoldaşı və iki uşağı əhatə edən ailə üçün maddi yardım ayrılması da nəzərdə tutulub (health.gov.az)
Məlumatdan istifadə etdikdə istinad zəruridir!