Bir gün varlı müdirlərdən biri öz xidmətçisini bazarlığa göndərir. Xidmətçi bazarlıq etdiyi zənbili aparıb onun evinə təhvil verəndə kabab iyini duyub deyir: Bəh-bəh nə əcəb kababdır!
Varlı deyir: Yaxşı xidmətçi olsan gələn dəfə də bazarlıq etməyi sənə tapşıracağam. (Lətifələr kitabından)
Qurban bayramı hamının bayramı olmağına baxmayaraq, kasıbların xüsusi bayramlarındandır. Bu müqəddəs bayramda bacaranlar müstəqil, bacarmayanlar hamı bir yerə yığışıb qurban kəsirlər. Kasıblara ət paylanır. Çox yerlərdən kababın tüstüsü hər tərəfi bürüyür.
Amma sevindirici haldır ki, bəziləri adı olmadan, özləri görsənmədən Allah xatirinə kasıbların dərdini çəkərək bu gündə yaddan çıxanlara ət paylayır. Bəziləri isə hətta, o gündə də kasıbları yaddan çıxardır. Güya ki, qurban ətindən ehsan verir, amma süfrəsində əyləşənlər hamısı onun kimi qarnı tox, gündə ət yeyənlərdir. Kababın iyi məhəlləni basıb, bu isə qonşulara ət əvəzinə iyini dadızdırır.