Nəqliyyat sahəsində ixtiraların zirvəsini isə metro nəqliyyatı təşkil etdi. Yeraltı dəmir yolunun tam adı metropolitendir. “Metropoliten” yunan dilindəki “metropolis” sözündən götürülmüşdür, “baş şəhər, paytaxt” mənasını verir. Dünyada ilk yeraltı dəmir yolunun da vətəni İngiltərə oldu. 1863-cü ildə Londonda metropoliten işə salındı. Dünyada ilk elektrik xətti də 1890-cı ildə London metropolitenində çəkilmişdir. Bu xətt Temza çayının altından keçərək şəhərin şimal və cənub hissələrini birləşdirir.