Bir neçə gün öncə Gənclər və İdman Nazirliyi 2009-cu ilin yekunları ilə bağlı Buta restoranında tədbir keçirib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, tədbirin sonunda gənclər və idman naziri Azad Rəhimov 2009-cu ilin ən yaxşı 10 idmançısının adını açıqlayıb.
İdmançıların siyahısı belədir:
Fərid Mansurov – yunan-roma güləşi;
Aliyə Qarayeva – bədii gimnastika;
Elmar Qasımov – cüdo;
Ramin Quliyev – atletika;
Nizami Paşayev – ağırlıqqaldırma;
Mariya Stadnik – qadın güləşi;
Vüqar Həşimov – şahmat;
Rəşid Əhmədov – taykvando;
Valentin Demyaninko – avarçəkmə;
Hüseyn Həsənov – atletika-paraolimpiya.