1. Qarışıq su nəcis bir şeyi pak etmir;
2. Nəcis bir şeyə toxunduqda nəcis olur. O nəcis az olsa belə və ya suyun rəngi, iyi, dadı dəyişməsə də nəcis hökmündədir;
3. Qarışıq su ilə alınan dəstəmaz və qüsl batildir (düzgün deyil);
4. Nəcis olmuş qarışıq su kürr ya axar su ilə elə qarışsa ki, daha ona qarışıq su deməsinlər o su pak hökmündədir.