2) Bildiyimiz kimi Xocalı hadisəsi dünyada misli görünməyən faciədir, sizcə xalqımıza olunan zülmü biz dünyaya tanıtdıra bilmişikmi?
Bəli siz görürsünüz ki, dünyanın özündə elə sadə günlər qeyd olunur ki, adam təəccüb edir. Hərdən telekanallarda, yaxud qəzetlərdə görürsən ki, bir neçə min nəfərdən ibarət cəmiyyət yığışıb dünyada ən məşhur bir heyvanın anılması gününü qeyd edirlər. Məsələn, Rusiyanın özündə ilk dəfə kosmosa gedən itin anma mərasimini keçirirlər. Amma çox təəssüflər olsun ki, bu gün bu qədər insanların amansızcasına öldürülməsinə baxmayaraq, onları anma mərasimi keçirilmir.