Keçək ailə daxilində olan düzlük və yalana... İlk gündən kişi və qadın özlərində qəbul etməlidirlər ki, biz artıq müstəqil ailə həyatı qurmuşuq. Yəni qız ailədən ayrılmasını qəbul etməli və öz yeni ailəsinə sahib çıxmalıdır. Kişi də həmçinin. Bəzən bizim fikir vermədiyimiz xırda məsələlər belə düzlüyü aradan qaldıra bilər. Məsələn, evə saat 16.00-da qayıtdığınız halda 15.00-da qayıtdım deməniz. Zahiri cəhətdən “burda nə var ki?” deyə bilərik və ya bir əşyanı 10 manata alıb 15 manata aldım demək belə düzlüyü aradan götürür.