Xəbərlərin siyahısı 07.11.2015 » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, noyabrın 21-i, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 

Sizcə saytımızın hansı bölməsi daha maraqlıdır?

Elm və mədəniyyət
Din
Sağlamliq
İstirahət


 
     
  Saytın bölmələri  
  Ana Səhifə Xəbərlər Elm və Mədəniyyət Din Sağlamlıq İstirahət  
 
     
  Saat  
 
 
 
 
     
  Qan yaddaşı  
 
 
 
     
  Azan yüklə
(Azərbaycan ərazisi üçün)
 
 
 
 
     
  Ayın fəal əməkdaşı  
 


 
 
 
     
  Ayın fəal şərhçiləri  
 


lamstoreglue
Şərhlər: 3

Antoniored
Şərhlər: 1

shevtchyk1980o
Şərhlər: 1

kurasov1965o
Şərhlər: 1

 
 
 
     
  Dost saytlar  
   
     
 
 » Xəbərlərin siyahısı 07.11.2015

     
 
Meyit qüslünün icrası qaydaları və onunla əlaqədar hökmlər
Yazan: Kerbalayi_Rovshan | 7 Noyabr 2015 | 12018 dəfə oxunub

Meyit qüslünün icrası qaydaları və onunla əlaqədar hökmlər

         Məsələ 695. Meyitə aşağıdakı ardıcıllıqla üç qüsl etmək vacibdir:

         1) sidr qarışdırılmış su ilə;

         2) kafur qarışdırılmış su ilə;

         3) saf su ilə.

         Məsələ 696. Meyit qüslü cənabət qüslü kimidir və vacib ehtiyata əsasən, tərtibi qaydada qüsl etmək mümkün olduqca meyit irtimasi qüsllə yuyulmamalıdır. Tərtibi qaydada meyit qüslündə fasiləsiz ardıcıllığa riayət etməyə ehtiyac yoxdur, lakin meyitin bədəninin sağ tərəfi sol tərəfindən öncə yuyulmalıdır.

         Məsələ 697. Sidr və kafur suyu muzaf suya çevirəcək qədər çox və “suya sidr, yaxud kafur qarışdırılmamışdır” deyiləcək qədər də az olmamalıdır.

         Məsələ 698. Əgər lazım olan miqdarda sidr və kafur tapılmazsa, müstəhəb ehtiyata əsasən, suya əldə edilən miqdarda tökülməlidir.

         Məsələ 699. Əgər sidr və kafur, yaxud onlardan biri tapılmazsa, yaxud istifadəsi caiz olmazsa, məsələn, qəsb edilmiş olarsa, vacib ehtiyata əsasən, onlardan mümkün olmayanının yerinə onu əvəz etmək niyyəti ilə saf su ilə qüsl edilməlidir və bu üç qüsldən əlavə, vacib ehtiyata əsasən, meyitə bir dəfə təyəmmüm də edilməlidir.

         Məsələ 700. Bir şəxs ehram halında vəfat edərsə, kafurlu su ilə qüsl edilməməli, onun yerinə saf su ilə qüsl edilməlidir. Lakin əgər təməttü həccinin ehramında idisə və təvafını, namazını və səy (Səfa və Mərvə arasındakı məsafəni yeddi dəfə qət etmək) hərəkətini başa çatdırmışdısa, yaxud qiran və ya ifrad həccinin ehramında idisə və saçını qırxmışdısa, bu iki halda istisna olaraq kafurlu su ilə qüsl edilməlidir.

         Məsələ 701. Heyz, yaxud cənabət halında dünyasını dəyişən şəxsin heyz, yaxud cənabət qüslü ünvanı ilə yuyulmasına ehtiyac yoxdur, onun üçün meyit qüslü kifayətdir.

         Məsələ 702. Vacib ehtiyata əsasən, meyitin dırnağını hətta uzun olsa belə tutmaq caiz deyil. Həmçinin, vacib ehtiyata əsasən, meyitin bədənindəki tükləri (saçını, saqqalını, qoltuq nahiyəsində və qarnının altındakı tükləri) yolmaq, dartmaq, yaxud qırxmaq kimi üsullarla təmizləmək, məhv etmək caiz deyil.

         Məsələ 703. Meyit sağlığında sünnətsiz idisə, onun ölümündən sonra sünnət edilməsi caiz deyil.

         Məsələ 704. Böyük fəqihlər (Allah onlardan razı olsun!) bir sıra hərəkətləri meyit qüslünün müstəhəb və məkruh işləri kimi qeyd etmişlər. Yerinə yetirilməsinin qüslü kamilliyinə və savabın artmasına səbəb olacağına ümid edilən bu işlər müfəssəl kitablarda qeyd edilmişdir.

  • 0
Şərhlər (0)  Ətraflı
 
 


     
  Həftə Içi Xəbərlər  
 
 
 
 
     
  Sağlamlıq  
 


 
 
 
     
  İstirahət  
 



 
 
 
     
  Elan  
 

Əziz istifadəçilər! zeka.az saytının rubrikalarına uyğun məqalələr göndərə bilərsiniz.


Admin


 
 
     
  Xəbərlər  
 

 
 
 
     
  Elm və Mədəniyyət  
 



 
 
 
     
  Din  
 


 
 
 
Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 3
Qonaq: 3
İstifadəçi: 1
İstifadəçilər: Milanilonna
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.