Əks-təbliğat fitri hissləri kökündən qoparıb ata bilməz » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Əks-təbliğat fitri hissləri kökündən qoparıb ata bilməz
 
 » Din » Əqidə » Əks-təbliğat fitri hissləri kökündən qoparıb ata bilməz

     
 
Din » Əqidə: Əks-təbliğat fitri hissləri kökündən qoparıb ata bilməz
 
 
Müəllif: Zaur | 10 Dekabr 2009 | 12410 dəfə oxunub
http://zeka.az/202-zhks-tjblidat-fitri-hissljri-kgkgndjn-qopardb-ata-bilmjz.html

Əks-təbliğat fitri hissləri kökündən qoparıb ata bilməz

          Fitri olmanın mənası heç də o demək deyil ki, həmişə eyni şəkildə qalıb heç bir amilin, məsələn: mühit və təbliğatın təsiri nəticəsində heç bir dəyişkənliyə uğramasın. Əks-təbliğat hər sahəyə təsir qoyduğu kimi, daxili səsi – fitrəti də azalda bilər, lakin onu həmişəlik kökündən qoparıb ata bilməz. Məsələn, bu gün dünyanın hər tərəfində solçuların fikirləri hakimlik etməkdədir. Bu məktəbin öncülləri müxtəlif və ardıcıl təbliğat vasitələri ilə millətlərdəki məzhəbçilik hissini məhv etmək naminə dəridən-qabıqdan çıxırlar. Lakin buna baxmayaraq, insanlar öz məzhəblərindən dönmürlər. Məsələn, sosializm quruluşunun formalaşmasından on illər keçməsinə baxmayaraq, “Sovet Dövlətləri Birliyi”nə daxil olan millətlərin qəlbindən məzhəbçilik hissləri silinməmişdi və onların Allaha etiqadlarını izhar etmək üçün şərait yarandıqda müsəlman və xristianlar öz dini (məzhəbi) mərasimlərini ciddiyyətlə icra etməyə başladılar.

Allaha etiqadın fitri olması Quran və rəvayətlərdə

          Bu gün elm sahiblərinin təsdiqlədikləri ”Allahpərəstliyin fitri olması” məsələsi – Quranın on dörd əsr bundan öncə Peyğəmbər (s) vasitəsilə bəyan etmiş olduğu dəyərli həqiqətlərdən biridir. Quran “Rum” surəsi 30-cu ayədə Allahpərəstliyin fitri olmasını açıqca bəyan etmişdir:

          “Üzünü pak dinə sarı tut. Bir fitrət də vardır ki, Allah hamını o fitrətdə yaradıbdır və Allahın yaratdığında dəyişmə yoxdur. Pak və qalarqı din budur. Lakin insanların çoxu bilmirlər ”.

          Həzrət Sadiq (ə) bu ayəni belə təfsir edir: “Allah hamını vahid bir fitrətdə yaradıbdır”.

          Bir kişi İmam Sadiq (ə)-ın yanına gəlib xahiş etdi ki. Onu Allaha doğru yönəltsin. Həzrət Sadiq (ə) Qurani-Məcidin bəzi ayələrinin göstərdiyi misallarla onu öz fitrətinə yönəldib belə buyurdu:

          - Heç indiyə kimi gəmi ilə səfərə çıxmısanmı?

          - Bəli.

          - Heç olubdurmu ki, gəmi qırılsın və nə sən üzməyi bacarıbsan, nə də bir xilas edən olub?

          - Bəli.

          - H əmin anda fikirləşibsənmi ki, səni xilas edə bilən bir qüdrət vardır?    

          - Bəli.

          - Bu həmin qüdrətli Allahdır ki, bütün maddi vasitələr qüvvədən düşdüyü, nicat verənin olmadığı bir zamanda insan istər-istəməz Ona üz tutur və qəlb Onu arayır.

        Məlumatdan istifadə etdikdə istinad zəruridir!  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 5
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.