Ehtiyati-vacib və ehtiyati-müstəhəbbin biri-birindən fərqi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Ehtiyati-vacib və ehtiyati-müstəhəbbin biri-birindən fərqi
 
 » Din » Əhkam » Ehtiyati-vacib və ehtiyati-müstəhəbbin biri-birindən fərqi

     
 
Din » Əhkam: Ehtiyati-vacib və ehtiyati-müstəhəbbin biri-birindən fərqi
 
 
Müəllif: Muslim | 10 Dekabr 2009 | 12716 dəfə oxunub
http://zeka.az/203-ehtiyati-vacib-vj-ehtiyati-mgstjhjbbin-biri-birindjn-fjrqljri.html

Ehtiyati-vacib və ehtiyati-müstəhəbbin biri-birindən fərqləri

          Tez-tez müctəhidlərin risalələrində “ehtiyati-vacib” və “ehtiyati-müstəhəb” adlı sözlərə rast gəlirik. Yəni müctəhid vacib və müstəhəb kəlməsindən əlavə bəzən bu sözlərin qabağına ehtiyat kəlməsini də əlavə edir. Risalələrdə gələn bütün “ehtiyatlar”dan məqsəd ya vacibdir, ya da müstəhəb. Yəni bəzi ehtiyatlara əməl etməyimiz vacibdir, bəzilərinə isə əməl savabdır. Belə olan halda bunların biri-birindən fərqləri olur və bunlar aşağıdakılardır:

          1. Müctəhid bir məsələdə öz fikirini, yəni fətvasını deyib, sonra ehtiyat kəlməsini işlətsə  - buna ehtiyati-müstəhəb deyilir. Məsələn: İrtimasi qusulda niyyət edib tədricən suda batsa belə ki, bütün bədəni suyun altında qərar tutsa quslu düzgündür. Ehtiyat budur ki, bir dəfəyə (bir anda) suyun altına batsın.

          Amma əgər müctəhid, öz fikirini fətvasını deməmiş əvvəldə ehtiyat kəlməsini işlətsə buna ehtiyati-vacib deyilir. Məsələn: əgər nəzr etsə ki, müəyyən olunmuş bir fəqirə sədəqə versin, o sədəqəni başqa bir fəqirə verə bilməz. O fəqir ölmüş olsa, ehtiyat budur ki, onun varislərinə versin.

          2. Ehtiyati-müstəhəb deyilən yerdə təqlid edən gərək ya o ehtiyata əməl etsin, ya da onunla birlikdə olan fətvaya əməl etsin və o məsələdə başqa müctəhidə müraciət edə bilməz.

          Amma ehtiyati-vacib deyilən yerdə təqlid edən həm o ehtiyata, həm də başqa bir müctəhidin fətvasına əməl edə bilər. Əlbəttə, müraciət etdiyi o müctəhid öz müctəhidindən sonra başqa müctəhidlərdən ələm (ən savadlı) olmalıdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.