Şükr edə bilirikmi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Şükr edə bilirikmi?
 
 » Din » Əxlaq » Şükr edə bilirikmi?

     
 
Din » Əxlaq: Şükr edə bilirikmi?
 
 
Müəllif: Abdullah | 11 Dekabr 2009 | 12637 dəfə oxunub
http://zeka.az/205-egkr-edj-bilirikmi.html

Şükr edə bilirikmi?

          “Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və naşükür olmayın”. (Bəqərə surəsi, ayə 152)

          Həqiqətən bütün zühur aləmi (zahiri aləm) Allahın nemət və qüdrətidir və onun rəhməti hər şeyə şamildir. Bütün nemətlər Ondandır və başqasının hər hansı bir neməti yoxdur ki, mühum  sayılsın. Bütün varlıq aləmi Ondandır və Ondan başqa varlıq yoxdur ki, nəyisə ona nisbət verək. Amma təəssüflər olsun ki, gözlər kor, qulaqlar kar  və qəlblər məhcubdur. Bu ölü qəlblər nə vaxta qədər haqqın nemətlərinə qarşı küfr edəcək və vəziyyət aləminə və şəxslərə bağlı olacaqdır? Haqqın nemətləri qarşısında mərifətli insanlar çox azdırlar, bu səbəbdən də şükr vəzifəsini yerinə yetirən qullara da az rast gəlirik. İnsanın daim Allahı yad etməsi, Onun insan üçün mərhəmət etdiyi nemətləri xatırlamasıdır.

          İnsanın lütf sahibi olan birinə ehtiram göstərməsi onun fitrətindən və təbiətindən gələn bir xüsusiyyətdir. Məlumdur ki, ehsan edilən nemət nə qədər böyük olsa və ehsan sahibinin də bunda qərəzi olmasa, insanın fitrəti belə bir şəxsə ehtiram göstərilməsinin daha vacib olduğuna hökm edər. Məsələn: Bizə bir ev verən kəsin ehtiramı və hörməti ilə, minnət belə etmədən bizə bir şəhər vermək istəyən birinin ehtiramı və hörməti arasında böyük bir fərq vardır. Əgər bir həkim bizi korluqdan qurtarmış olarsa, fitrətən o an ona hörmət göstərməyi vacib bilərik. Əgər bizi ölümdən qurtarmış olsa o zaman daha çox hörmət bəsləyərik. Amma indi mülahizə edək ki, bütün cin və insanlar Malikul-Mülkün ehsan etdiyi bu qədər zahiri və batini nemətlərdən birini belə bizə verməkdə acizdirlər. Gecə gündüz tənəffüs etdiyimiz hava, hansı ki, kainatdaki bütün mövcüdatın həyatı ona bağlıdır. Əgər qəbul etdiyimiz hava bir neçə dəqiqə olmasa, heç bir canlı həyatda qalmaz. Bu qəbul etdiyimiz hava o qədər böyük nemətdir ki, cin və insanlar onun bənzərini bizə verməyə çalışsalar belə aciz qalarlar. İmam Sadiq (ə) buyurub: Hər çəkdiyin nəfəs üçün bir şükr, bəlkə min şükür və mindən də çox şükür etmək sənə vacibdir (Biharul-Ənvar c. 71 səh. 52). Görəsən biz insanlar Allahın bizə ehsan etdiyi, sağlamlıq kimi nemətin, eləcə də zahiri qüvvələrimiz olan göz, qulaq, dadma və toxunma orqanları, o cümlədən batini qüvvələrimiz – ağıl, xəyal, vəhm kimi saysız hesabsız İlahi nemətlərin müqabilində şükr edə bilirikmi? Hansı ki, Mütəal Allah bu nemətləri, biz istəmədən və üzərimizə heç bir minnət qoymadan əta etmişdir. Heç bir itaət və ibadətimizə ehtiyacı olmadığı halda, yenə də verdiyi nemətlərlə kifayətlənməmiş, bizə peyğəmbərlər göndərmiş, kitablar nazil etmiş, Cənnət və Cəhənnəm yolunu göstərmiş, dünya və Axirətdə ehtiyac duyduğumuz bütün şeyləri nəsib etmiş, yalnız xeyrimizə olan bir qism hökmlərin yerinə yetirilməsini və qadağan etdiyi çirkin əməllərdən çəkinməmizi istəmişdir. Xalqın dünyaya, sərvətə, sultanlara və böyük şəxsiyyətlərə qarşı göstərdiyi ehtiram, onları böyük əzəmətli qəbul etdiyinə görədir. Görəsən Allahın əzəmət və böyüklüyündən daha üstün bir əzəmət ola bilərmi? Bir kəs bir nəfərin arxasınca danışır, amma onun qarşısında olanda həmin şəxsə hörmət göstərir və qarşısında sükut edir. Məgər biz Allahın daim qarşısında deyilikmi? Bütün varlıq və məmləkətlər Onun nəzarəti altında nizamlı şəkildə idarə edilir. Axı insan belə əzəmətli və böyük varlığın müqəddəs hüzurunda Onun əta etdiyi nemətlərin ondan olduğunu bildiyi və o nemətlər sayəsində yaşadığını dərk etdiyi halda necə şükr etməyə bilər? Görəsən zərrə qədər həyamız olsa xəcalətdən əriyib və utanıb yerə girməyimiz lazım deyilmi? Bəşərin ümumilikdə saya bilmədiyi bu nemətlər müqabilində, Fitrətin və Vicdanın belə bir lütf sahibinə ehtiram bəsləməyi gecə-gündüz şükr etməyi vacibdir. Görəsən belə bir lütfkar Allaha xəyanət etməyin ağıla görə hökmü nədir? Elə isə biz insanlar Allahın əzəmətini həmişə yadda saxlamalı, Onun nemət və mərhəmətini xatırlamalı və hər zaman və məkan daxilində Onun hüzurunda olduğumuzu, daim Ona layiqincə şükr etməyimizi unutmamalıyıq.

          İmam Həsən-Əskəri buyurub: “Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü nemətin qədrini biləndən başqa bir kəs etməz.” (Əlamud-din, səh. 313)

İlahi! Şükr etmək nemətini bizlərə əta et. Amin!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 4
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.