Haqqını ver » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Haqqını ver
 
 » İstirahət » Poeziya » Haqqını ver

     
 
İstirahət » Poeziya: Haqqını ver
 
 
Müəllif: Abdullah | 12 Dekabr 2009 | 12410 dəfə oxunub
http://zeka.az/206-haqqini-ver.html

             “(Ya Muhəmməd) Haqq sənin Rəbbindəndir, heç vaxt şübhə edənlərdən olma!” (Bəqərə surəsi, ayə 147)

Haqqını ver

Sənə Rəbbin dedi:”Ol!” oldun, “ol”un haqqını ver

Ona, ey qul, Ona qulluqda bulun, haqqını ver.

Yol da birdir, qula yol göstərən o Hadi də bir

Sığın azmaqdan ona, yəni yolun haqqını ver.

Xəlq edib insanı Rəhman bəyan öyrətdi ona

Sidq sözün qədrini bil, ta ki, dilin haqqını ver.

Sənə bu surəti, qədd-qaməti kimdirsə verən 

Ona yalnız sən əyib baş və belin haqqını ver.

Əl tut insanə ki, qalmış Əlidən, haqqa uzat                                    

Saxlayıb amma haramdan sən əlin haqqını ver.

Tanı Allahı itaətdə dayan, haqqı ayır 

Budur hikmətləri zatən, əqlin haqqını ver.

Pirə, ağsaqqala hörmət dinə hörmətdi, düşün 

Xidmət et, ehtiram eylə, Allahın haqqını ver.

Ad qoy övladə, ədəb ver, ona Allahı tanıt  

Vaxtı çatdıqda nigah et, oğulun haqqını ver.

Kimə mal çox verilib boynuna haqq çox qoyulub  

O da ancaq  sədəqə, sıxma malın haqqını ver.

Yoxdu hərçənd ki, əməl dində cihaddan da böyük

Get şəhid düşmədən əvvəlcə qulun haqqını ver.

Adəm övladı, ölüm haqqı, dur ehsana tələs 

Tövbə et, can salamatkən, əcəlin haqqını ver.

ALTAY CƏMİL                      

Məlumatdan isrifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.