Düşüncələrim » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Düşüncələrim
 
 » Sağlamlıq » Psixologiya » Düşüncələrim

     
 
Sağlamlıq » Psixologiya: Düşüncələrim
 
 
Müəllif: Zeyneb | 12 Dekabr 2009 | 12715 dəfə oxunub
http://zeka.az/207-dgegncjljrim.html

Düşüncələrim

          Ətrafına diqqətlə bax. Yox-yox, daha diqqətlə bax. Sonra özünə bax. Bu qədər yalanın, bu qədər kinin, bu qədər vəfasızlığın, bu qədər zalımlığın içində nə axtarırsan?

          Elə bil nəsə çatmır hə? Daha diqqətlə fikirləş... Bəlkə bu dünyada tapmayacağın bir şey lazımdı? Ailə, pul, geyim, gəzmək, dostlar, əyləncə, təhsil, iş, bunlarla bərabər axı yenə də nəsə çatmır. Səncə bu nə ola bilər?

          Bəzən ailəmiz, yatmağa evimiz, gəzməyə məkanımız, danışmağa dostlarımız, özümüzə yetişəcək pulumuz, işimiz və ya təhsilimiz olduğu halda:

          Darıxıram

          Nəsə çatmır – deyirik. 

          Ey insan, o an fikirləş ki, qəlbinə lazım olan İlahi sevgidir.

          Qəlbinin təmizliyə və təmizlənməsinə ehtiyacı var. Bir özünə bax. Ola bilərdimi belə yox, sırf əks yaranardın?

          Allahın verdiklərinə şükür edirsənmi?

          Yoxsa ailənlə şam yeməyini yeyib, çay içib, öz isti otağına keçib... Haqsızlıq etmirsənmi? Heç olmasa evi olmayanlara, yeməyə bir parça çörəyi olmayanlara, isti bir ailə ortamına həsrət qalanlara... bunları saysaq bitməz.

          Unutma: Təkcə əlində olanları deyil, əlini belə Allah verib. Bunların fərqindəsənmi?

          Sən sahib olduğuna da, sahib olacağına da möhtacsan. Allah hər şeyə sahibdi, amma heç sahib olmağa da ehtiyacı yoxdu.

          Hər dəfəmi nəfsinin və şeytanın quluna çevrilirsən? Ancaq onların istədiklərinimi edirsən? Sübh namazını ötürürsən? Yoxsa hələ heç namaz da qılmırsan? İmanın varmı? Yoxsa sadəcə “Mən Allaha inanıram”, “Allaha qurban olum” – deməklə məşğulsan? Unutma, sənin Allaha qurban olmağın lazım belə deyil. Lazım olsaydı İsmayıl qurbanını qəbul edərdi.

          Yəqin “müsəlmanam” – deyirsən. Hərəkətin, danışığın, geyimin, imanın, ən əsas da qəlbin müsəlman kimi döyünürmü?  Allah tərəfindən bir gün bu həqiqətlə üzləşəcək və eşidəcəksən: “İnsanların baxdıqları üzünü illərcə təmizlədin, bəzədin, təkəbbürləndin. Fəqət mənim baxdığım qəlbini bir dəfə olsun belə təmizləmədin...”

          Ağacdan meyvəni dərməyə nə var ki, bəlkə o ağacı əkəsən?!

          Pisə pis deməyə nə var ki, bəlkə ona yaxşılığı öyrədəsən?!

          Əyri yolu getməyə nə var ki, bəlkə düzə nəzər salasan?!

          Yəqin ki, həyatında yaxşı bir şey baş verəndə: “bunu mən etdim”, “mən”, “mən”, “mən” ..., amma bir pis iş baş verəndə “Allahım görən günahım nə idi ki, bu başıma gəldi” – deyirsən. At bu “mən”ləri kənara və səni Yaradana – Allaha dön!

Psixoloq Zeynəb Zeynalova

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.