Bunları bilirsinizmi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bunları bilirsinizmi?
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bunları bilirsinizmi?

     
   
 
Müəllif: Zaur | 13 Dekabr 2009 | 13547 dəfə oxunub
http://zeka.az/208-bunlard-bilirsinizmi.html

Bunları bilirsinizmi?

* Dünyada ən böyük səbətin hündürlüyü 4 metr 57 sm olub. Bu qeyri adi məişət əşyası 1986-cı ildə ABŞ-ın Ohayo ştatının Uorren şəhərindəki “XXI əsr” adlı yerli səbət istehsalı şirkətində hazırlanıb. 

* Dünyada ən böyük ölçüyə malik olan antikvariat əşyası 1968-ci ilin martında satışa çıxarılan London körpüsüdür. London bələdiyyəsi həmin körpünü ABŞ-ın “Makallox oyl” (Los-Anceles, Kaliforniya) korparasiyasına satmışdır. Körpüyə görə Londona 1,029 milyon funt sterlinq ödəyən amerikalılar həmin qurğunu söküb, ABŞ-a, Arizona ştatının Leyk-Havasu-Siti şəhərinə daşımışlar. Xatırladaq ki, körpü 10 min ton üzlük daşından ibarət idi. Korparasiya həmin körpünü Londonda sökmüş və Leyk-Havasu-Sitidə əvvəlki qaydada yenidən tikmişdi. Körpünün ikinci açılışı 1971-ci il oktyabrın 10-da olub.

*  Ən böyük xalça hal-hazırda Kremlin qurultaylar sarayındadır. Aşqabadda toxunmuş bu xalçanın ümumi sahəsi 252 kv. metr, ağırlığı 1 tondur.

* Dünyada ən böyük yataq çarpayısı Hersoq Filipp Burqundskiyə məxsus olub. Belçikanın Bruçke şəhərindəki bu çarpayının eni 3 m 81 sm, uzunluğu isə 5 m 70 sm-ə bərabərdir. Bu çarpayı Hersoq Filiplə şahzadə portuqaliyalı İzabellanın gündəlik rəsmi yuxuyagetmə mərasimini həyata keçirmək üçün 1430-cu ildə Belçika ustaları tərəfindən hazırlanıb.

* ABŞ-ın Kentukki Ştatındakı dünyada ən nəhəng mağaranı 1809-cu ildə Xutcins adlı bir ovçu yaraladığı bir ayını təqib edərkən, təsadüfən kəşf etmişdir. Sonralar mağaranın qarşısında mehmanxana, tikilmişdir. Mağaranın ağzına divar hörülmüş, iri qapı qoyulmuşdur. İndi ora baxmaq üçün pul ödəmək lazım gəlir. 1972-ci ildə məlum olmuşdur ki, Mamont mağarası qonşu Flint-Riç və Kristal mağaraları ilə əlaqədardır. İndi həmin mağaralarla birlikdə Mamont mağarasının ümumi uzunluğu 297 km-ə bərabərdir. Onun üst-üstə çıxan beş mərtəbəsində 225 qalareya, 47 yüksək tağ, 23 dərin quyu, 3 yeraltı çay, 2 göl, 8 şəlalə, hətta bir dəniz də var. Brodvey adlandırılan giriş yolu 15 km-dır. Bu hissədə mağaranın eni 10 metrə qədərdir. Turistləri cəlb etmək üçün içəridə hər yerə elektrik işığı çəkilmiş, burada hətta metro qatarı da işləyir.  

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 11)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.