Suyun sirri. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Suyun sirri.
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Suyun sirri.

     
   
 
Müəllif: Zaur | 19 İyul 2009 | 14602 dəfə oxunub
http://zeka.az/21-suyun-sirri.html

 Suyun sirri.

     Su, sadəcə iki hidrogen və bir oksigen molekulasından ibarətdir... Lakin onun haqqında qədim zamanlarda bəzi əfsanələr, nağıllar, miflər söylənilmişdir. O, həmişə sağalmayan xəstəliklərdən başlayaraq, bədbəxt məhəbbətə qədər bütün dərdlərin şəfası yolunda kimyagərlərin, təbib və ekstrasenslərin əlində dərmana (panasiya) cevrilmişdir. Artıq XX əsrdə bu maye özünün möcüzəvi xüsusiyyətləri ilə alimləri təəccübləndirməyə başladı.

     Biz “su haqında bilməcələr“ silsiləmizə Yaponiya alternativ tibbinin məşhur həkimi Yokoqam universitetinin əməkdaşı Masaru Emotonun qeyri-adi kəşfləri ilə başlamaq qərarına gəldik. O bunu müəyyən etmişdir ki, su insan fikirlərinə reaksiya göstərməyə (təsriə əks təsir verməyə) qadirdir. Onun artıq dünyada tanınıb iyirmi üç dilə tərcümə olunmuş “Suyun nəsihətnaməsi “ adlı kitabı 2006-cı ilin dekabrında Rusiyada da nəşr olundu. Bəzi rəsmi elm nümayəndələri Doktor Emotonun araşdırmalarının mübahisəli və qalmaqallı olduğunu hesab edirlər. Lakin indiyə qədər onun alternativ təxminlərini inkar edəcək bir fərziyyəni də heç kəs hələ irəli sürməmişdir.
      Planetdə ən çox yayılmış və ən çox sirli olan maddə Su kompyutermidir?  
     Tədqiqatçı Emoton “Su öz kimyəvi tərkibini olduğu şəkildə saxlayaraq yeni xasiyyətlər əldə etməyə malikdir”-məlumatlarını təmsil etməyə davam edir.Çünki suyun quruluşu onun molekullarının təşkil tapdığı şəkildədir.Adi mikroskopun köməyi ilə su molekullarının qruplarda – klasterlərdə necə
birləşdiklərini görə bilərik. Məhz onlar yaddaşın özünəməxsus özəyinə cevrilir və su maqnitafon lenti kimi bütün məlumatları yazır. Bu qəribə mayenin hətta öz cinsində yeganə sərhədsiz yaddaşa malik kompyuter olması da mümkündür. Doktor Emoton öz labaratoriyasında müxtəlif təsirlərdən – mobil telefonların və televizorların şualanmasından, məhəbbətli sözlər və hard-rok musiqilərinə qədər olan təsirlərdən sonra suyun dəyişməsi tədqiqatını aparır. Alim xüsusi sınaq şüşələrində damcıları qarışdıraraq soyuducuda dondurur.Sonra mikroskopla fotoaparatı qoşaraq yaranmış qar dənəciklərini müşahidə edir.Bir necə il ərzində doktor on min nadir şəkil cəkmiş və bunları görmüşdür. 

Şüurlu mahiyyət (substansiya )

Suyun üc halda–qatı, maye və qar halında olduğundan bəşər həmişə xəbərdar olmuşdur.Lakin bu yaxınlarda suyun yeni bir xassəsi də kəşf olunmuşdur. Su informativ-məlumatlı bir maddədir. Dünyanın müxtəlif ölkələrinin alimləri “suyun şüurlu substansiya olması“ valehedici fərziyyəsini demək olar ki, eyni vaxtda irəli sürmüşlər. O, hətta insanın incə fikirlərini, sözlərini və duyğılarını belə dərk etməyə, mühafizə edib saxlamağa, surətini çıxarıb məlumat verməyə də qadirdir. Bu ideya yalnız ilk baxışda fantastik görünür!

Doktor Emoton deyir: Qəribə bir hadisənin baş verməsi məni suyun yaddaşı haqqında araşdırmalar aparmağa şövq edən bəhanələrdən biri oldu. 1956-cı ildə Cənubi-Qərbi Asiyanın “kütləvi qırğın vasitələrinin hazırlanmasına“ dair qapalı laboratoriyalarından birində yeni nəslin güclü bakterioloji silahının yaradılması üzrə işə başlandı. Mütəxəssislər uzun müddətli məxfi yığıncaqların birində bu silah üçün təyin ediləcək xassələri müzakirə edirdilər. Lakin gözlənilmədən bu yığıncaq yarımçıq qaldı. Yığıncağın bütün iştirakçılarının güclü qida zəhərlənməsi simptomları ilə xəstəxanaya apardılar. Araşdırmalar daha da çətin bir vəziyyət yaratdı. Çünki mütəxəssislər stolun üzərindəki su dolçasındakı sudan başqa heç nə istifadə etməmişlər. Suyu yoxlayıb içərisində heç-bir zərərli maddə və ya qarışığın olmadığını görürlər. Hesabatda beləcə də yazıldı: Zəhərlənmənin səbəbi adi su olmuşdur . Mən belə olmasına heç bir şübhə etmirəm, bir şərtlə ki, su hansı vasitəiləsə insanların sözləri içərisindən “zəhərli” məlumatları özünə çəkmişdir və molekullar elə bir şəkildə düzlənmişdir ki, quruluşca zəhərlənməni yaratmışdılar. Sanki su möcüzəvi eksperimentlərin əleyhinə üsyan etmişdir. (Müşahidə olunmuşdur ki, dörd saat kompyuterin arxasında oturduqda baş ağrımağa başlayır. Demə bu bizim dörddən üç hissəmizi təşgil edən suyun coşması ilə əlaqədarmış )        

Şər məhv edir.

(Bir ay ərzində “Çox sağ ol!” sözü göstərilən su gözəl altıbucaqlı kristal şəklini almış , “Dəli” deyərək təhqir edilən maye isə eybəcər buz qəlpələri yığınına çevrilmişdir.)

Doktor Emoton gözəl bir eksperiment aparmışdır: Üç şüşə bankaya düyü qoymuş və üzərinə su tökərək bir ay ərzində hər gün birinə “Çox sağ ol!”, ikincisinə “Sən dəlisən” deyir, üçün güclü gözəl iy verərək inkişaf etməyə başladı, ikinci bankadakı düyü qaraldı, ə cüsünə isə heç-bir əhəmiyyət vermirdi.Bir aydan sonra “Cox sağ ol!” deyilən bankadakı düyü həmiyyət verilməyən düyü isə çürüməyə başladı. Doktor Emoton belə hesab edir ki, eksperiment ətraf mühitdə olan insanların qayğısına qalıb, halını soruşub, onlara diqqət göstərməyin çox lazım olması haqqında mühüm bir dərs verir .Laqeyidlik, nifrət, qəzəb və əsəbləşmək nəinki qarşı tərəfə məhvedici təsir edir, hətta əks təsir də göstərir.

Avstraliya tədqiqatçısı Alois Qrubber belə hesab edir ki, hər kəs qəzəblənib qarğış edərsə ilk növbədə 80% sudan ibarət olan öz xüsusi orqanizmini çirkləndirib, xəstəliyə “proqramlaşdırır” (düçar edir ) 

Şüurlu mahiyyət (substansiya )

Suyun üc halda–qatı, maye və qar halında olduğundan bəşər həmişə xəbərdar olmuşdur. Lakin bu yaxınlarda suyun yeni bir xassəsi də kəşf olunmuşdur. Su informativ-məlumatlı bir maddədir. Dünyanın müxtəlif ölkələrinin alimləri "suyun şüurlu substansiya olması" valehedici fərziyyəsini demək olar ki, eyni vaxtda irəli sürmüşlər. O, hətta insanın incə fikirlərini, sözlərini və duyğılarını belə dərk etməyə, mühafizə edib saxlamağa, surətini çıxarıb məlumat verməyə də qadirdir. Bu ideya yalnız ilk baxışda fantastik görünür!

Doktor Emoton deyir: Qəribə bir hadisənin baş verməsi məni suyun yaddaşı haqqında araşdırmalar aparmağa şövq edən bəhanələrdən biri oldu. 1956-cı ildə Cənubi-Qərbi Asiyanın "qırğın vasitələrinin hazırlanmasına" dair qapalı laboratoriyalarından birində yeni nəslin güclü bakterioloji silahının yaradılması üzrə işə başlandı. Mütəxəssislər uzun müddətli məxfi yığıncaqların birində bu silah üçün təyin ediləcək xassələri müzakirə edirdilər. Lakin gözlənilmədən bu yığıncaq yarımçıq qaldı. Yığıncağın bütün iştirakçılarının güclü qida zəhərlənməsi simptomları ilə xəstəxanaya apardılar. Araşdırmalar daha da çətin bir vəziyyət yaratdı. Çünki mütəxəssislər stolun üzərindəki su dolçasındakı sudan başqa heç nə istifadə etməmişlər. Suyu yoxlayıb içərisində heç-bir zərərli maddə və ya qarışığın olmadığını görürlər. Hesabatda beləcə də yazıldı: Zəhərlənmənin səbəbi adi su olmuşdur . Mən belə olmasına heç bir şübhə etmirəm, bir şərtlə ki, su hansı vasitəiləsə insanların sözləri içərisindən “zəhərli” məlumatları özünə çəkmişdir və molekullar elə bir şəkildə düzlənmişdir ki, quruluşca zəhərlənməni yaratmışdılar. Sanki su möcüzəvi eksperimentlərin əleyhinə üsyan etmişdir. (Müşahidə olunmuşdur ki, dörd saat kompyuterin arxasında oturduqda baş ağrımağa başlayır. Demə bu bizim dörddən üç hissəmizi təşgil edən suyun coşması ilə əlaqədarmış).        

Şər məhv edir.

(Bir ay ərzində “Çox sağ ol!” sözü göstərilən su gözəl altıbucaqlı kristal şəklini almış, “Dəli” deyərək təhqir edilən maye isə eybəcər buz qəlpələri yığınına çevrilmişdir.)

Doktor Emoton gözəl bir eksperiment aparmışdır: Üç şüşə bankaya düyü qoymuş və üzərinə su tökərək bir ay ərzində hər gün birinə “Çox sağ ol!”, ikincisinə “Sən dəlisən” deyir, üçüncüsünə isə heç-bir əhəmiyyət vermirdi. Bir aydan sonra “Cox sağ ol!” deyilən bankadakı düyü güclü gözəl iy verərək inkişaf etməyə başladı, ikinci bankadakı düyü qaraldı, əhəmiyyət verilməyən düyü isə çürüməyə başladı. Doktor Emoton belə hesab edir ki, eksperiment ətraf mühitdə olan insanların qayğısına qalıb, halını soruşub, onlara diqqət göstərməyin çox lazım olması haqqında mühüm bir dərs verir. Laqeyidlik, nifrət, qəzəb və əsəbləşmək nəinki qarşı tərəfə məhvedici təsir edir, hətta əks təsir də göstərir.

         Avstraliya tədqiqatçısı Alois Qrubber belə hesab edir ki, hər kəs qəzəblənib qarğış edərsə ilk növbədə 80% sudan ibarət olan öz xüsusi orqanizmini çirkləndirib, xəstəliyə “proqramlaşdırır” (düçar edir ) 

 

alt

 

Malekullar vasitəsilə əlaqə

Dünyanın bir çox laboratoriyalarında belə bir təcrübə keçirmişlər: Bir miqdar suyu iki bölmüş, birinci sınaq şüşəsinə müxtəlif fiziki sahələrlə təsir edərək sudakı quruluş və xassələrin dəyişməsinə səbəb olmuşlar. Bir neçə müddətdən sonra müəyyən etmişlər ki, təsirə məruz qalmaqdan çox uzaqda olmasına baxmayaraq ikinci sınaq şüşəsindəki su da birinci sınaq şüşəsindəki quruluşu əldə etmişdir. Pensilvan Universitetinin professoru Rustum Roy bu faktı belə şərh edir: Maddə olduqca təəccüblü fotoqrafik bir yaddaşa malikdir, hansı ki, on minlər kilometrdən çox məsafədən onu hansısa çox incə bir enerji vasitəsilə ötürə bilər. Bu o deməkdir ki, quruluşu sudan təşkil tapmış insanlar arasında da bu növ məsafəli rabitə (kontakt) ola bilər?! Bu fərziyyəni sınaqdan keçirmək üçün 2005-ci ildə “CKB MPS” Təsis Tibbi Mərkəzinin rəhbərləri professor Vlaçeslav Zvanikov öz həmkarları ilə eksperiment keçirmişdir: İki nəfər bir-birindən 15000 km uzaq məsafədə-biri Moskvada, digəri isə Venesuelin Santa Yelena şəhərində yerləşdirildi. Sınaqdan keçirilənlərin bədənlərinə bərkidilmiş ötürücülərin göstəriciləri kompüterlə izlənilirdi. Onlardan biri məxsusi platformalarda bir tərəfdən başqa tərəfə hərəkət etmələrini istədikdə, digəri onun hərəkətini müəyyən etməli idi. Cihazda gözlənilməz dəyişiklik zahir oldu. Heç demə insanları ikiyə ayıran böyük məsafə beyin, nəfəs və nəbzin işini sinxronlaşdırıbmış. V. Zvanikov deyir: “Görünür doğrudan da prosesdə orqanizmin mayesi iştirak edir və bizim daxilimizdə su, qəbuledicilik – ötürücülük rolunu oynayır”.

Duanın gücü

Doktor Emotonun müşahidəsinə görə su duanı xüsusi tərzdə xoşlayır: fərqi yoxdur insan hansı məzhəbdə olursa olsun və duanı hansı dildə oxuyursa oxusun. O öz həmkarı Sankt-Peterburq Texniki Universitetinin professoru Konstantin Karotkovdan xahiş etmişdir ki, “Xaç suyuna” salma bayramı ərəfəsində sadə bir təcrübə aparsın. 19 yanvarda inanclı insanlar xaç suyunun qeyri adi xüsusiyyətlərə malik olduğunu hesab edərək xidmətindən sonra xaç suyu götürmək üçün məbədə tələsərdilər. 18 yanvarda bayram astanasında alimlər adi su kəmərindən iki kolbanı su ilə doldurdular. Onlardan birini səhər çağı məbədin işıqlandırma mərasimi keçiriləcəyi yerin üzərinə qoydular, digərini isə müqayisə etmək üçün labaratoriyada saxladılar. Xidmətdən sonra hər iki tutumda saxlanılan su incə və dəqiq şəkildə araşdırıldı. Nəticə heyranedici idi: labaratoriyada saxlanılan suyun kristalları nizamsız, qeyri müəyyən bir ləkə şəkilində görünürdü. Bu müddət ərzində məbəddə olan suyun tərkibindəki kristallar isə düzgün simmetrik ulduz formasını almışdı. Masaru Emoton hesab edir ki, suyun quruluşu atomların orbitlərindəki elektronların titrəməsindən dəyişməyə başlayır. Ətrafda hər şey fikirlər, şualanmalar hətta, yazılmış söz, şəkil belə titrəyişlərlə (vibrasiyalarla) düzülmüşdür – deyərək Emoton izah verir. Xeyirli və gözəl olanlar harmonik şəkildə titrədir. Lakin ziyanlı və mənfi olanlar əlaqəli olmayın eybəcər titrəyişlərlə müşahidə edilir. Su hər şeyi “eşidir” – bununla da kiməsə ziyan verib, kimisə xilas edir.

Bethovenin qar dənəcikləri

Musiqi mərkəzinin dinamikləri arasında su ilə dolu kolbanı qoyub ona Bethovenin, Moçartın simfoniyalarını, Şopenin isə etüdünü dinlətdirdilər. Nəticədə isə gözəl düzgün xarici görnüşlü aydın “şöləcikli” kristallar alındı. Qulaq batıran ağır rok “dinlətdirilən” su isə qorxunc yırtıq qəlpələr şəkilində donmuşdu. Digər tərcümələrdə kağız vərəqlərinə Yapon, Koreya, Fransız, İngilis dillərində “Sağ ol!” və “Sən dəlisən” sözlərini yazmışdırlar. Onunla sınaq şüşələrini elə bükmüşdülər ki, həriflərin üzü suya tərəf düşmüşdü. Suyun yazıları oxuyub əks təsir göstərəcəyi qeyri mümkün kimi görünürdü. Lakin bu baş verdi: Xeyrxah sözlər göstərilən su gözəl, altıbucaqlı şəkilində kristallar yaratdı. Təhqir olunan su isə eybəcər qəlpələr topasına çevrildi. Daha bir təcrübə: Distillə olunmuş su ilə dolu şüşəyə iplə əl telefonunu bağladılar. Nömrəni yığıb bir dəqiqə ərzində rabitə düyməsini fəallaşdırdılar. Bu prosesi on dəfə təkrar etdilər. Nəticədə elektromaqnit dalğaların təsirindən sonra yaranan buz kristalları eynilə meteroit bombardımanından sonra yaranan ay kraterlərinə bənzəməyə başladı. Biz isə su ilə doluyuq. Dəstəyi qulağınıza tutduqda hansı fəlakətin baş verdiyini təsəvvür edirsinizmi?! Daha başqa bir eksperimentdə su ilə dolu sınaq şüşəsini dörd saat ərzində televizorun qabağında saxladılar.

Yuyulmuş, sanki yorğun bir kristal alındı. Bu şəkildə kompyuter “sınağından” da keçirdilər. Suda xoşa gəlməyən, vulkan ağzına bənzər dəyirmiqabarıq buz törəmələri göründü.

Bu tərcümə olunan məqaləni diqqətinizə çatdırdıqdan sonra, istərdik yazılanları İslam dini nöqteyi nəzərində çox qısa şəkildə izah edək.

Qərb və sair ölkələrin mütəxəssisləri tərəfindən XX-XXI-ci əsirlərdə aparılan eksperimentlər və kəşflərin nəticələri hələ 15 əsr bundan öncə müxtəlif ayələr, hədis və rəvayətlər vasitəsilə insanlara çatdırılmışdı. Mütəxəssislər çox saylı eksperimentlərdən sonra insanın dörddən üçünü suyun təşkil etməsi qərarına gəldikləri halda hələ 15 əsr bundan öncə Qurani-Kərimdə “Səcdə” surəsi 8-ci ayədə belə buyurulur: “Sonra onu nəslini nütfədən, bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi!” Əgər hər hansı bir müsəlman Peyğəmbərin (s) hədislərindən ibarət su ilə bağlı məqalə yazsa idi bəlkə də onu xəyalpərəst adlandırardılar. Peyğəmbərimiz (s) ümmətinə buyurardı ki, yağış suyu toplayıb ona yetmiş dəfə “Fatihə”, “Ayətəl-kürsü”, “İxlas”, “Fləq” və “Nas” surələrini oxuyub, həmin sudan yeddi gün səhərlər bir az içsəniz xəstəliklərdən xilas olarsıniz. Bu sözləri öz ümmətinə buyuran Peyğəmbər (s) bu günki allimlərin dili ilə desək: suyun duanı xoşladığını bilmirdimi?! O Həzrət (s) elmini İlahi mənbədən alardı və insanlara çatdırdıqları təcrübəyə ehtiyacı olmayan İlahi bilgilər idi. Eksperimentlər nəticəsində yaxşı sözlər “eşidən” suyun gözəl kristallara çevrilib, pis sözlər eşidən suyun isə çirkin kristallara çevrildiyini görüb belə nəticə çıxarırlar ki, insan da belədir. Necə ki, Quran ayələri insanları qeybətdən, yalandan, böhtan və söyüşdən çəkindirir. Bu ilk növbədə insanın özünə xeyr gətirir. Pislikləri icra etmək yenə də ilk növbədə insanın özünə ziyandır. Hard-rok musiqisi təsirindən pis bir şəkil alan kristalları nümunə gətirirlər. Bu musiqilərin insanları hansı kökə saldığını da anlamaq çətin deyil. Əgər Allah öz kitabında belə musiqiləri haram etmişsə, demək ki, onun ziyanı vardır. Allah insana ziyan etməyən heçnəyi haram buyurmamışdır və insana xeyir verməyən heçnəyi də vacib etməmişdir. Gün ərzində beş dəfə dəstəmaz alıb namaz qılmağın insana verdiyi xeyri heç nə əvəz edə bilməz. Bunu dərk etmək üçün görəsən neçə əsrlik eksperimentlərin aparılması lazım gələcəkdir?! Bu gün bizi kompyuter, televizor və mobil-telefonlarının şüalarından çəkindirənlər həyatımızda cəhənnəm əzabı yaradan “naməhrəmə baxışlardan” nə üçün çəkindirmirlər?! Axı bu baxışlar şeytanın zəhərli oxlarıdır. Televizor, kompyuter, mobil-telefon şüaları cismə zərər vurursa, naməhrəmə haram baxış ruha zərər verir. İslamın qiyməti hələ çox sonralar aydın olacaq!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.