İdman və əxlaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdman və əxlaq
 
 » Sağlamlıq » İdman » İdman və əxlaq

     
 
Sağlamlıq » İdman: İdman və əxlaq
 
 
Müəllif: Muslim | 15 Dekabr 2009 | 12647 dəfə oxunub
http://zeka.az/210-ddman-vj-jxlaq.html

İdman və əxlaq

    Keçən bəhs məqaləmiz idmana həvəs yaratmaq barəsində olsa da qısa şəkildə idmanda əxlaq normalarının riayət olunmasından söhbət açmışdıq. Əxlaq qayda-qanunlarının bütün həyatımızda riayət olunması müsbət qiymətləndirilən haldır. Əksinə, əxlaq və etika qaydalarına əməl olunmadıqda cəmiyyətimizə dəyən zərər danılmazdır. Bildiyimiz kimi, idmançılar da cəmiyyətimizin böyük bir hissəsini təşkil edir. Əlavə olaraq bəzi idmançıların xalq arasında böyük nüfuza malik olduğunun şahidi oluruq. Elə ona görə də bəzən idmançıların əxlaqsız hərəkətləri onlara pərəstiş edən təbəqənin xüsusi ilə də cavanların azmasına gətirib çıxardır.

    Təkcə keçən bir neçə il ərzində mətbuatda və mediada verilən məlumatlara diqqət etsək ümumən aşağıdakı hallara rast gəlirik:

    Ən məşhur futbolçulardan birinin qadın alverində adınının hallanması.

    Ən məşhur boksçunun rinqdə rəqibinə qələbə çala bilməyəndə qulağını dişləməsi.

    Ən məşhur futbolçuların pozğun cinsi təcavüzlərdə adlarının hallanması.

    Ən məşhur futbolçunun şəxsi həyatında yaşadığı (boşanma-evlənmə kimi) hadisələrin çirkin formada əks etdirilməsi. Məsələn: çılpaq qızlarla, yaxud spirtli içkilər içən halda etdiyi çirkin hərəkətlər...

    Bu siyahını bir az da çoxaltmaq olar. Sadaladıqlarımız sadəcə olaraq dediyimiz kimi, mətbuatda və mediada aşkar olanlardır. Sanki idman dünyasında baş verən əxlaqsızlıqlar get-gedə şou-biznesdə baş verən hadisələrə bənzəyir. Oxucularımızın dediyimizin şahidi olmaqları üçün internetdə idmanla bağlı saytlara müraciət etmələri kifayətdir. Halbuki, hamımızın bildiyi kimi idmandan hədəf bunlar deyil. Zənnimizcə cəmiyyətimiz xüsusilə də idman və idmançılarla bağlı qurumlar deyilən fəsadların aradan qaldırılması üçün ciddi işlər görməlidirlər. Gələn bəhsimizdə belə fəsadların aradan qaldırılması yollarını araşdırıb bir daha bu mövzuya qayıdacağıq.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.